header

 Ordu günündə İranın silahlı qüvvələrinin nailiyyətləri nümayiş etdirilib

İran İslam Respublikası prezidenti və İranın yüksək rütbəli hərbi rəsmilərinin iştirakı ilə keçirilən İran İslam Respublikası ordusu günü mərasimlərində İranın silahlı qüvvələrinin son nailiyyətləri nümayiş etdirilib.

İran İslam Respublikası ordusu günü mərasimləri bu gün səhər çağı Tehranda İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) məzar kompleksi kənarında keçirilib.

 

İran ordusunun quru, hava, dəniz, havadan müdafiə, gözətçilər, islam inqilabının keşikçiləri korpusu, nizam-intizam və səfərbər qüvvələrinin nümunəvi bölmələrinin paradı ilə eyni zamanda, Şahir snayperi, Məhərrəm minomyotu, Kiyan taktiki texnikası, CBRNN zirehli kəşfiyyat texnikası, Heydər minaatanı, Süleyman treyleri, Getliteq silahı, Tiyam tankı, Zülfüqar tankı və Bəhmən sistemi nümayiş etdirilmişdir.

 

Ordunun havadan müdafiə baş qərargahının Məhmul bölmələrinin paradında S200, KNS 200 raketləri, S300 raket sisteminin radarı, S300 raket sisteminin 54 kabineti, N30 radarı, S bazasının Lançeri və TM raketi, S300 sistemi və raketi, Səyyad-2 raketi, 10 şəhrivər radarı, 23 milimetrlik bəsic artilleriyası, Bəsic səyyar gözətçisi, çiyində atılan sistemi prezidentin qarşısından keçirilib.

 

Ordu günü münasibəti ilə keçirilən paradda həmçinin Şəhab hücumçu qayığı, Vəlfəcr dəniz raketi, hücumçu Rəd qayığı, Əssabehat sualtı qayığı, yapışqan mina, Məkran raket atan taktiki texnika, uzaq mənqilli nur raket sistemi, sahildən atılan nəsr raket və radar sistemidə nümayiş etdirilib.

İran İslam Respublikası prezidenti və İranın yüksək rütbəli hərbi rəsmilərinin iştirakı ilə keçirilən İran İslam Respublikası ordusu günü mərasimlərində İranın silahlı qüvvələrinin son nailiyyətləri nümayiş etdirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap