header

 Həsən Ruhaninin hərbi paraddan qonşu ölkələrə mesajı

“Qonşularımız arxayın olsunlar ki, müdafiə gücümüz hücum xarakterli deyil.”

Bunu İran prezidenti Həsən Ruhani bugün ölkənin Ordu günü münasibətilə keçirilən hərbi parad zamanı deyib.

 

Ölkənin müdafiə gücünün artırılmasının zəruriliyindən danışan Həsən Ruhani  bəyan edib ki, Silahlı Qüvvələri regionun və Yaxın Şərqin mühüm və həssas gücünü qoruyandır.

 

İranın hərbi gücünün hücum deyil, müdafiə xarakterli olduğunu qeyd edən prezident vurğulayıb ki, bununla yanaşı ölkəsi hər zaman özünü iqtidarla müdafiə etdiyini göstərib və təcavüzkarlara lazımi cavab verib.

 

“Bugün bizim Silahlı Qüvvələrimizin hazırlığı hər zamandan daha çoxdur. Bizim Silahlı Qüvvələrimiz digərləri üçün təhdid olmayacaq, amma bununla yanaşı digərləri qarşısında ayıqlığımızı qoruyub saxlamalı və cavab vermə qüvvəmizi artırmalıyıq” deyə Həsən Ruhani Qərb dövlətlərinin ölkəsinin ballistik raketlər proqramı haqda yaratdığı sui-təbliğat kompaniyasına münasibət bildirib və qonşu dövlətlərə sülh mesajını göndərib. / İslaminSesi

“Qonşularımız arxayın olsunlar ki, müdafiə gücümüz hücum xarakterli deyil.”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap