İranda keçirilən beynəlxalq Quran yarışında Azərbaycanı iki nəfər təmsil edir
Posted on : iran 10/16/2017 1:00:26 PM
Azərbaycanın respublikasının Quran fəallarından iki nəfəri İranın beynəlxalq Quran yarışlarında iştirak etmək üçün bu ölkədə səfərdədir.
Azərbaycan
Respublikasının beynəlxalq dərəcəli peşəkar qiraət ustası Əlizaman Əliyev və
Quran hafizi Anar Ağayev İİR-nın Vəqflər Nazirliyi və Xeyriyyə İşləri Təşkilatının
keçirdiyi 34-cü beynəlxalq Quran yarışlarında iştirak edəcək.
İran İslam
Respublikasının 34-cü beynəlxalq Quran yarışları aprel ayının 20-dən 29-dək Tehranın
"Böyük Müsəlla"sında təşkil olunacaq.
İranda keçiriləcək 34-cü beynəlxalq Quran yarışlarında 80 ölkədən
400 xarici qonaq iştirak edəcək. Onlardan 283 nəfəri yarışma iştirakçısıdır.
Bu il keçiriləcək
beynəlxalq Quran yarışında qadınlar, uşaqlar və gözdən əlillər üçün ayrıca
yarışlar təşkil olunacaq. /Maide.Az