header

 Azərbaycanda illik inflyasiya 13%-i keçib

Bu ilin mart ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri fevral ayına nisbətən 1,6%, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,2% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

 

Cari ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri fevral ayına nisbətən 3,1%, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 17,0% artıb. Hesabat ayında qeyri-ərzaq məhsullarının qiymətləri fevrala nisbətən 0,6%, bu ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 12,6% bahalaşıb. Mart ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri fevrala nisbətən 0,5%, I rübdə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 8,6% artıb.

 

Qeyd edək ki, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 1,6%, 2017-ci ilin yanvar-fevral aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,5% yüksəlib. / Faktxeber.com

Bu ilin mart ayında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri fevral ayına nisbətən 1,6%, 2017-ci ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,2% artıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap