header

 Ərəbdilli analitik sayt: Türkiyə cəmiyyəti iki qütblülük istiqamətində hərəkət edir

Ərdoğana yönələn şoklar

Tashaio.com-Türk rəsmiləri bazargünü (16 apreldə) elan etdilər ki, konstitusiyada aparılan islahatlar və Türkiyə hökuməti sisteminin president sisteminə çevrilməsinə dair referendum 51.5 faiz səslə əhalinin təsdiqini qazanmışdır. Referandumda seçkidə iştirak edənlərin 48.5 faizi mənfi səs vermişdir. Ötən günün seçkisi Türkiyənin daxili və beynəlxalq simasını dəyişdirə bilər. Noun-Post analitik xəbər portalı bir məqalədə təsdiq olunmuş konstitusiyanı Türkiyə tarixində ən mühüm kontitusiya hesab etmiş və referanduma hakim olan şəraiti və ətraf mövzuları araşdırmışdır.

Ərdoğana, Ədalət və inkişaf partiyasına yönələn şok zərbələr

Seçki şəraitinə malik olanların 86 faizi referandumda iştirak etmiş və icmalçıların dediyinə görə keçmiş seçkilərlə müqayisədə iştirak edənlərin sayı ən yüksək səviyyədə olmuşdur. Cəmiyyətin iki qütblülüyü isə əhalinin iştirakında böyük rol oynamışdır. Əhalinin yüksək səviyyədə iştirak etməsinə baxmayaraq hakim partiya İstanbul və Ankarada böyük məğlubiyyətə uğramışdır. Xüsusilə Ədalət və inkişaf partiyasının özünün mərkəzi qərargahı hesab etdiyi İstanbulda 51.2 faiz mənfi səs verilmişdir. Keçən seçkilərdə həmişə bu partiya İstanbulda qələbə qazanırdı və türklər belə bir qənaətə gəlmişdilər ki, İstanbulda əldə edilən hər hansı bir nəticə ümumtürkiyə nəticəsinə təsir buraxır. Daha doğrusu siyasətçilər İstanbulu “kiçik Türkiyə” hesab edirdilər. Ankarada da əhalinin 51 faizi referanduma mənfi səs vermişdir. Hal bu ki, Ədalət və İnkişaf partiyası bu şəhərdə böyük qələbə qazanacağını güman edirdi. Xalq demokrat partiyasının qərargahı olan Kürd məskunlu Diyabəkir əyalətində əhalinin cəmi 32 faizi müsbət səs vermiş, 68 faizi isə konstitusiyanın dəyişilməsinə razılıq verməmişdir. Siyasi icmalçılar Diyarbəkir əhalisinin mənfi səsini ədalət və inkişaf partiyasının milli dirçəliş partiyası ilə koalisiya təşkil etməsində görür və inanırlar ki, bu partiyanın referandumu dəstəkləməsi yeni konstitusiyanı bu nəticəyə məruz qoymuşdur. Daha böyük şok budur ki, ədalət və inkişaf partiyası parlament seçkilərində milli dirçəliş partiyası ilə qaşı-qarşıya olduğu vaxtda daha yaxşı nəticə qazanmışdı. Indi isə milli dirçəliş partiyasının dəstəyinə rəğmən 51.5 faizdən yaxşı nəticə qazana bilməmişdir. Bu da milli dirçəliş partiyası rəhbərləri ilə xalq arasında böyük məsafə olduğunu göstərir.

Yeni konstitusiyanın məzmunu

Naun-Post məqalənin davamında yeni konstitusiyanın qeyri-adi və kəskin qələbəsinə işarə edərək əsas dəyişiklikləri araşdırıb yazır: referandumun nəticəsi olaraq Türkiyənin hökumət sistemi parlmentarizmdən prezidentliyə keçir, baş nazir vəzifəsi ləğv olunur və onun yerinə president neçə müavin təyin edir. Habelə president nazirlərin və yüksək rütbəli rəsmilərin təyin və kənarlaşdirma sərəncamına malik olur. President həmçinin ali hakimlər şurasının müəyyənləşdirməsində geniş səlahiyyətə malik olur. Belə ki, birbaşa və dplayısı yolla şura üzvlərinin altısını təyin edir. Qalan yeddi nəfəri isə məclis seçir. Konstitusiyada baş verən digər dəyişikliklərdən hərbi məhkəmələrin ləğv edilməsidir və bundan sonra komendant elan edilməsi şəraiti məhdudlaşacaq və ölkəni hədələyən, yaxud əhalinin birliyinə yönələn zorakiliqlara məhdud olacaqdır. Həm də yalnız president fövqəladə halları elan edəcək. Məclis iəs yalnız onun müddətini ozadıb, qısalda biləcək. Bundan əlavə deputatların sayı 550 nəfərdən 600 nəfərə artacaq. Deputatlıq yaşı isə 25 ildən 18 ilə enəcəkdir. Parlament və prezidentlik dövrü də 5 il olacaqdır. Parlament prezidentin icra fərman və sərəncamlarına nəzarət edə biləcəkdir. Konstitusiya 2019-cu ildən qüvvəyə minəməlidir və bir nəfər yalnız iki dəfə president seçilə bilər. Türkiyə parlamenti yanvarın 21-də konstitusiya dəyişikliyini qəbul etmişdir. Türkiyə respublikası təşkil edildikdən indiyə kimi konstitusiya dəyişikliyi 6 dəfə referanduma qoyulmuş və 5 dəfə qələbə qazanmışdır (1961, 1982, 1987, 2007, 2010). Son referendum 7-ci referandumdur. Həm də ən çox seçici onda iştirak etmişdir. Icmalçıların bir çoxunun fikrincə Türkiyəni siyasitçilərin arasında yaranacaq geniş mübahisələr və problemlər gözləyir. Çünki bu konstitusiya minimum səslə qüvvəyə minəcək və ümumxalq razılığını itirmişdir. Buna görə də Türkiyədə iki qütblülüyün şahidi olmalıyıq.

 

Ərdoğana yönələn şoklar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap