header

 Məscidləri təxrib etmək qəsbkar sionist rejimi ilə Azərbaycan respublikası dövlətinin ortaq cəhətidir

Azərbaycan respublikası dpvləti hacı Cavd məscidinin təxribinə çalışdıqdan sonra sionist rejimi digər bir məscidin təxrib edilməsinə əmr vermişdir

Tashaio.com-Sionist rejimi işğal olunmuş Beytülmüqəddəsin şərqində bir məscidin təxribinə əmr vermiş və iddia etmişdir ki, bu binanın inşa lesenziyası yoxdur. Səlvan məhəlləsində yerləşən Abdulla Əlsənavi məscidinin təxrib edilməsi əmri ötən cüməaxşamı verilmişdir. Səlvanın müdafiə komitəsinin üzvü Fəxri əbu Dəyyab deyir ki, bu məscid neçə il bundan əvvəl və vəqf olunmuş ərazidə və rayon sakinlərindən minlərlə adamın yardımı ilə və əhalinin pulu ilə inşa edilmişdir. O artırmışdır: Abdulla Əlsənavi məscidi təxrib olma təhlükəsinə məruz qalmış rayonun altı məscidlərindən biridir. Dekabr ayının sonlarında humanitar işlər üzrə BMT-in koordinasiya bürosu (OCHA) bildirmişdir ki, İsrail rejiminin qərb sahillərində və Beytülmüqəddəsin şərqindəki fələstinlilərin qurğu və məskənlərinin təxribi planı son yeddi ilin ən yüksək səviyyəsinə çatmışdır. Fələstinlilərin ev-eşiklərinin təxribi insan hüququ qurumları və diplomatlarının hiddətinə və nigərançılığına səbəb olmuşdur. Insan hüququ sahəsindəki fəallar Telaviv rejiminin fələstinlilərə qarşı yönələn siyasətini beynəlxalq qanunların xilafı hesab edirlər. İsrail rejiminin parlamenti 2017-ci il aprelin beşində işğal olunmuş ərazidə qeyr-qanuni tikinti adlandırdığı hallara qarşı qalmaqallı layihəni qəbul etdi. Qeyd edək ki, məscid tarix boyu müsəlman azadxahların fəaliyyət mərkəzi olmuşdur. Buna görə də tarix boyu dəfələrlə islam və müsəlmanların düşmənlərinin qəzəbinə məruz qalmışdır. Bir çox ekspertlər Azərbaycan respublikası dövlətinin islam şəairini aradan aparmaq, məscidləri təxrib etmək və qeyri-islami mədəniyyəti yaymaq istiqamətindəki təşəbbüslərini sionizm tərəfindən bu şiə ölkəsindəki agentlərinin vasitəsilə tövsiə edilən böyük bir planın bir hissəsi hesab edirlər. Qəribədir ki, müsəlmanlar dini və insani vəzifələrinə əsasən bu kimi anti-islam təşəbbüslərə qarı çıxanda isə qondarma casusluq və digər ittihamlarla yaxalanırlar.

Azərbaycan respublikası dpvləti hacı Cavd məscidinin təxribinə çalışdıqdan sonra sionist rejimi digər bir məscidin təxrib edilməsinə əmr vermişdir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap