header

 ABŞ-ın İdlibdəki kimyəvi silah hesabatı uydurma çıxdı - VİDEO

ABŞ-ın İdlibdəki kimyəvi silah hesabatı uydurma çıxdı - VİDEO

ABŞ rəhbərliyinin Suriya ordusunun kimyəvi silahdan istifadə etdiyinə dair hazırladığı hesabata Massaçusets Texnologiya Universitetinin professoru Teodor Postol münasibət bildirib. Universitetin nüvə texnologiya mütəxəssisi professor Teodor Postol bildirib ki, Ağ Evin Suriyanın İdlib şəhərindəki Xan Şeyxun qəsəbəsinə kimyəvi silah atılması ilə bağlı hazırladığı hesabat həqiqəti əks etdirmir və faktlar uydurmadır.

 

"Russia Today" televiziyasına müsahibəsində amerikalı professor deyib ki, Homs şəhərindəki "Əş-Şəyrat" hava bazasının bombardmanına əsas göstərilən Xan Şeyxunla bağlı hesabatda ziddiyyətlər var: "Ağ Evin hesabatı heç bir tənqidə cavab vermir. Hesabatı hazırlayanlar hadisə yerindən fotoşəkillərin saxta olduğunu düşünür. Bu dəlillər yanlış formada şərh olunur və hesabatı hazırlayanların fikirləri əsas götürülür. Hesabat, siyasi motivlidir. ABŞ-da heç bir etibarlı kəşfiyyat əməkdaşı bu sənədi qəbul etməz".

 

Sarin qazı istifadə edildiyi bildirilən hadisə yerindən çəkilmiş fotoşəkillərdə insanların olduğuna diqqət çəkən Postol əlavə edib ki, bu şəxslər mütləq ya ölümcül, ya da ən azından zəhərlənən təsirə məruz qalmalı idi: "Fotodakı insanların heç də uyğun olmayan geyimi göstərir ki, onlar ya zəhərlənmədən qorunmaq istəmir, ya da bu bölgədə çox miqdarda qaz olmadığını bilirlər. Görüntülərdən birində sarin konteyneri yarıya qədər çuxura salınmış vəziyyətdir.  Digər görüntülərdə isə konteyner yerini dəyişmiş görsənir. Çuxurun və konteynerin yerinə baxdıqda belə bir versiya yaranır ki, onu partlatmış ola bilərlər.  Bu versiya doğrudursa, onda Suriya hökumətinin günahkar olduğunu sübut etmək qeyri-mümkündür".

 

Mənbə: FaktXəbər


ABŞ-ın İdlibdəki kimyəvi silah hesabatı uydurma çıxdı - VİDEO
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap