Azərbaycan və İran Müdafiə nazirləri Tehranda görüşdü: İlk mesajlar... FOTO
Posted on : qafqaz 10/16/2017 1:00:25 PM
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfərə gedib
Müdafiə
nazirliyinə istinadən, İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının
Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran
İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor
Hüseyn Dehqan ilə görüşüb.
Azərbaycan
nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq
memorial önünə əklil qoyub.
Sonra rəsmi
qarşılanma mərasimi keçirilib.
İki ölkənin
nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki
əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də
regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
APA-nın Tehran
bürosunun məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan
müdafiə naziri Zakir Həsənovla görüşdə İran müdafiə və Silahlı Qüvvələrə dəstək
naziri Hüseyn Dehqan bildirib.
H. Dehqan deyib ki, Azərbaycan və İran
xalqlarını bir-birinə bağlayan etnik, tarixi, mədəni və dini bağlar var və bu,
dünyada misilsizdir: "İki ölkə rəhbərlərinin keçirdiyi çoxlu sayda görüşlər,
siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin günbəgün inkişafı münasibətlərin
yaxşı olduğunun göstəricisidir. Çox yaxşı olar ki, bu əlaqələr hərbi və müdafiə
sahəsində də artan temp üzrə inkişaf etsin”.
ABŞ və Səudiyyə Ərəbistanının siyasətini mənfi
qiymətləndirən İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri qeyd edib ki, bu
gün təkcə bölgə deyil, həm də dünya İŞİD , “Nusra Cəbhəsi” kimi problemlərlə
üzləşib. H. Dehqan xüsusən Fələstin, Suriya, İraq və Yəmən xalqlarının problemlərdən
əziyyət çəkdiyini vurğulayıb: “Mövcud şəraiti nəzərə alaraq, düşünürəm ki, bölgədə
yeni böhran və qeyri-sabitliyə yer yoxdur. Ümid edirəm ki, Azərbaycan və Ermənistan
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində qətiyyətli olacaq,
başqalarının münaqişəyə müdaxilə etməsinə və böhranı dərinləşdirməsinə icazə
verməyəcək”.
Azərbaycan
müdafiə naziri Zakir Həsənov İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri
Hüseyn Dehqanla görüşdə ikili əlaqələrdən danışıb və deyib: “İran Azərbaycanla
dost və qardaş ölkədir. Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın
inkişafında maraqlıdır”.
Z. Həsənov deyib ki, iki ölkə rəhbərliyinin
son görüşləri bu əməkdaşlıq üçün lazımi
şərait yaranıb: “Azərbaycan iki ölkənin
sərhədlərinin təhlükəsizliyinin təmininə önəm verir və bu sərhədlərin
sabitliyinin pozulmasına icazə verməyəcəyik”.
Z. Həsənov İran Silahlı Qüvvələr günü münasibətilə
iranlı həmkarını təbrik edib və bölgədə davamlı sülh, sabitlik və təhlükəsizliyə
nail olmağın zəruriliyini vurğulayıb. / İslamazeri.com