İŞİD-dən ABŞ-ın Əfqanıstan hücumuna reaksiya: “Nə ölən var, nə də yaralanan” - TƏHLİL
Posted on : Digər sahələr 10/16/2017 1:00:25 PM
ABŞ-ın Əfqanıstanda "bütün bombaların anasından" istifadə etməsinin pərdəarxasında nələr durur?
RİA-ya istinadən,
ABŞ-ın Əfqanıstanda ən güclü qeyri-nüvə bombasından istifadə etməsinin nəticələri
haqda olduqca ziddiyətli xəbərlər daxil olur.
ABŞ Müdafiə
Nazirliyi bildirib ki, hücum nəticəsində çox sayda İŞİD terrorçusu məhv
edilib.Terrorçular isə növbələrində bildirirlər ki, “nə ölən olub, nə də
yaralanan”.
Uğurlu missiya,
yoxsa iflas?
ABŞ-ın
Əfqanıstanın şərqində ən güclü qeyri-nüvə bombası tətbiq etməsi nəticəsində 92
İŞİD terrorçusu məhv edilib. Bu haqda məlumatı AFP agentliyi yerli hakimiyyət
orqanlarına istinadən verib.
Ağ Ev başçısı
Donald Tramp da zərbəni ABŞ Silahlı Qüvvələrinin “çox uğurlu missiyası”
adlandırıb.
CNN yazır ki,
ABŞ hərbçiləri güman edirdilər ki, bombanın atıldığı ərazidə 600-800 terrorçu
var. Lakin hərbçilərin bu zərbə ilə nə qədər terrorçu öldürmək niyyətində
olduqları məlum deyil.
İŞİD terror təşkilatının
isə öz növbəsində yaydığı bəyanatda iddia edilir ki, hücum nəticəsində “bir dənə
də olsun terrorçu nə ölüb, nə də yaralanıb”.
Pentaqon əməliyyatı
müvvəffəqiyyətli olduğunu bildirir
“Bütün
bombaların anası” adlandırılan GBU-43/B döyüş sursatının atılmasına həsr edilmiş
mətbuat konfransı zamanı jurnalistlər Əfqanıstandakı ABŞ Silahlı Qüvvələrinin
komandanı Con Nikolsona sual veriblər: “Bu cür güclü silahın tətbiqi özünü nə qədər
doğrultdu?”
“Taktiki
nöqteyi-nəzərdən bomba düzgün olan anda doğru hədəfə qarşı istifadə olunub.”,
- deyə general cavab verib.
Bununla yanaşı,
Nikolson “Bomba kimin əmri ilə atılıb?” sualına birbaşa cavab verməkdən boyun
qaçırıb. O, həmçinin bildirib ki, əməliyyatın hazırlıq işlərini ABŞ hərbçiləri
Əfqanıstan hakimiyyəti ilə birlikdə həyata keçirib ki, dinc əhali arasında
insan tələfatına yol verilməsin.
Zərbə
Əfqanıstan hökuməti ilə razılaşdırılıb
Əfqanıstan
Prezidentinin administrasiyası bildirib ki, İŞİD terror təşkilatının mövqelərinin
ABŞ tərəfindən bombardman edilməsi, ölkənin müdafiə və təhlükəsizlik qüvvələrini
səylərinin dəstəklənməsi üçün atılmış addımdır.
“Hava zərbəsi
Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin (ANSF) və ABŞ qüvvələrinin səylərinin
dəstəklənməsi, həmçinin ANSF və ABŞ qüvvələri üçün regionda təmizləmə əməliyyatının
keçirilməsində riskin azaldılmasına yönəldilib.”, - deyə Əfqanıstan
Prezidenti Sarayının “Twitter” səhifəsindəki məlumatda qeyd edilib.
Əfqanıstanın
ABŞ-dakı səfiri Həmdullah Mohibin fikrincə, “superbombanın” atılma səbəbi, son
həftə ərzində ABŞ və Əfqanıstan qoşunları ilə terrorçuların aralarında şiddətlənmiş
döyüşlər olub. Amerikalılar uğurlu şəkildə irəliləyə bilmirdi, çünki ərazi İŞİD
terrorçuları tərəfindən minalanmışdı.
Müstəqilliyin
pozulması
Bununla belə,
Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzay ABŞ-ın çox güclü bombadan istifadə
etməsini tənqid edib.
“Bu hücum
Əfqanıstanın suverenliyinin, ərazisinin və təbiətinin biabırçı və görülməmiş
şəkildə pozulmasıdır... Hücum terrorçuluqla mübarizəni təcəssüm etdirmir,
(əksinə,) ABŞ üçün bizim ölkənin ərazisini kütləvi məhv etmə silahlarının yeni
növlərinin sınaqdan keçirilməsi poliqonuna çevirmək bəhanəsidir.”, -
deyə Kərzay “Facebook” səhifəsində yazıb.
Eks-prezident
ölkə sakinlərini onun ərazisində ABŞ-ın belə hərəkətlərinə narazılıqlarını ifadə
etməyə səsləyib.
Trampın gözəl
jesti
Politoloq,
Milli Müasir İdeologiyanın İnkişafı İnstitutunun direktor müavini İqor Şatrovun
fikrincə, ABŞ “effektiv jestlərə” meylli olmağa başlayır.
“Faktiki
olaraq, bu, həqiqətəndə bomba sınağı olub. Çünki bu, onun ilk hərbi şəraitdə tətbiqi
olub. Bununla bağlı biz nə isə bir mövqe, Trampın hansısa yeni xüsusiyyətini
gördük. Tramp silahlı qüvvələrdən istifadə edərək, effektli, “gözəl” jestlər
etməyə meyllidir.”, - deyə mütəxəssis hesab edir.
Onun sözlərinə
görə, Şimali Koreya istiqamətində hərbi-dəniz qruplaşmasının hərəkəti və ya
bombanın atılması ilə edilmiş demarş (diplomatik tədbir - red.) Tramp üçün nəticədən
çox, görünüşün mühüm olmasını sübut edir.
“ABŞ göstərir
ki, onlar problemləri dinc yox, hərbi yolla həll etməyə meyllidir. Əfqanıstan məsələsində
onlar bizə deyirlər ki, dünya ictimaiyyətinin iştirakı olmadan belə bu problemi
həll etmək iqtidarındadırlar. Bundan əlavə, ABŞ 2-ci planda olmaqdan qorxur, elə
buna görə də Moskvadakı konfransda iştirak etməyə razı olmadı.
(Çünki) ABŞ-ın fikrincə (belə bir konfransda) liderliyi Rusiya edəcək idi.”,
- deyə Şatov öz əminliyini ifadə edib.
Üstəlik, onun
fikrincə, ABŞ-ın Əfqanıstan probleminin həlli istiqamətində silah yolundan
başqa heç bir yanaşma üsulu yoxdur.
“Buna görə
də ABŞ danışıqlar prosesində iştirak etməyə hazır deyil. Yeri gəlmişkən, eyni
halı biz Suriya, Şimali Koreya məsələlərində də görürük. Biz görürük ki,
hazırda ABŞ yenə də əzələ nümayişinə başlayıb. Heç bir istiqamətdə isə danışıq
siyasətinin şahidi olmuruq.”, - deyə politoloq sonda bildirib.
Rusiyaya mesaj
Rusiya Təhlükəsizlik
Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin 1-ci sədr müavini Frants
Klintseviç hesab edir ki, ABŞ-ın Əfqanıstanda superbombadan istifadə etməsi,
Suriya Silahlı Qüvvələrinin aviabazasına endirilmiş zərbələr kimi Rusiyaya
ünvanlanıb.
“Mahiyyətcə,
həm bu, həm də o halda söhbət şəxsi gücün nümayişindən gedir. Və, belə deyək,
bu “nümunə çıxışlarının” yeganə adresatı Rusiyadır.”, - deyə Klintseviç
qeyd edib.
Senator altını
cızaraq vurğulayıb ki, əgər ABŞ düşünürsə ki, bu yolla onlar nə cürsə Rusiyanı
öz siyasətini onların istədikləri istiqamətdə dəyişməyə təhrik edə biləcəklər,
o zaman “çox böyük xəta edirlər”.
“Amerikalılar
dayanmalıdırlar. Çox böyük ehtimal ki, bu sıraya Şimali Koreyanı da qoşmaq cəhdləri
gözlənilməz nəticələrə gətirib çıxaracaq”, - deyə o bildirib.
"Bütün
bombaların anası" nədir?
“Bütün
bombaların anası” adını qazanmış GBU-43/B döyüş sursatı 9,5 tondur. Hücum
zamanı bomba MS-130 təyyarəsindən atılıb.
Onun tərkibində
heksogen, trotil və alüminiium ovuntusu qarışığı var. Bomba peyk tuşlaması
sistemi ilə təchiz edilib. GBU-43-ün ilk sınağı 2003-cü ildə keçirilib.
İddialara əsasən, ABŞ-ın hərbi arsenalında cəmi 15 ədəd belə bomba var. /
İslamazeri.com