İran yerli istehsallı hərbi təlim reaktiv təyyarəsini nümayiş etdirib - Video
Posted on : iran 10/16/2017 1:00:25 PM
İran yerli istehsallı hərbi təlim reaktiv təyyarəsini nümayiş etdirib
İRNA-a istinadən,
İran prezidenti Həsən Ruhani ötən gün ölkənin hərbi sənayesinin bir neçə məhsulununun
açılışı mərasimində iştirak edib.
Bu mərasimdə
İran yerli istehsallı Kousər adlı hərbi təlim tipli reaktiv təyyarəsinin,
Muhacir-6 pilotsuz təyyarəsinin, gəmilər əleyhinə Nəsir kruiz raketi və sair hərbi
sənaye məhsulları nümayiş etdirilib.
Bu mərasimdə
İranın Qahir-313 hərbi təyyarəsinin sınaq uçuşları da baş tutub.
İranın müdafiə
naziri Hüseyn Dehqan hərbi məhsulların İrana satılmaması və sanksiyaların tətbiq
edildiyi zamanında ölkədə hərbi təlim xarakterli reaktiv təyyarənin tam şəkildə
yerli qüvvələr tərəfindən istehsal edilib ərəsəyə gətirilməsini ölkə üçün mühüm
naliyyət hesab edib.
Həsən Ruhani bu
mərasimdə çıxışı zamanı ölkənin müdafiə xarakterli məhsullarının istehsalının
heç bir vəchlə dayanmayacağını və daha da güclənəcəyini vurğulayıb. / İslaminSesi