header

 Ayətüllah Amili: iş yerində hicaba qadağa qoyulmaq ikili yanaşmanın bariz nümunəsidir

Liberist təfəkkür o dərəcədə tənəzzülə uğramışdır ki, bir metr bezin qarşısında belə davam gətirə bilmir

Vəli-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbilin imamcüməsi bu həftəki cümə namazının xütbələrində BMT təhlükəsizlik şurasının icazəsi olmadan Amerikanın Suriyaya hücumuna işarə edərək onu bütün BMT üzvlərinin təhqiri kimi qiymətləndirmişdir. O demişdir: belə bir vəziyyətdə dünyada hər cür faciənin yaranma ehtimalı meydana gələ bilər. Onlar İraqa yürüş edərkən də BMT-dən icazə almamışdılar. Və belə bir icazəni sıçan-pişik oyununa oxşatmışdılar və “Amerikanın sıçan-pişik oyununa hövsələsi gəlmir” demişdilər. O, Trampın ziddiyyətli sözlərinə işarə edərək demişdir: o, qabaqca, “Suriya bizim problemimiz deyildir” desə də tam aktuallıqla Suriya müharibəsinə qatılmışdır. O, qabaqca İŞİD-in yer üzünün ən şeytan qruplaşması olduğunu desə də onun müdafiəsi hədəfi ilə Suriyaya hücum etmişdir. Ərdəbil imamcüməsi həmçinin atılmış raketlərin sayına işarə edərək demişdir: Rusiya radarları onların dediyindən çox az tedadi görtərir ki, bu da Trampın tiacrət ruhiyyəsini nümayiş etdirir. Çünki Amerika Suriyadakı hərbi müdaxiləsinin xərcini Ərəbistandan alır. Amerika elan etdiyi raketlərin sayına görə Ərəbistandan 100 milyon dollar almış, lakin az tedad atmış və beləliklə Səudiyyə dollarlarını məccani olaraq ələ keçirmişdir. Bu da həm Al-Səud dövləti, həm Ərəbistan milləti, həm də saray müftiləri üçün böyük zəlillikdir. Vəli-Fəqihin əyalətdəki nümayəndəsi xütbələrin digər hissəsində Avropa birliyi tərəfindən İrana qoyulmuş embarqonun uzadılmasına və neçə gündən sonra Amerika tərəfindən yeni embarqoların qoyulmasına işarə edərək demişdir: Avropalılar İrana embarqo qoyulmasında, nüvə razılaşmasını pozmaqda amerikalılarla eyni və ortaq şəkildə əməl edirlər. Onlar nüvə razılaşmasında öhdəliklərinə iki tərəfli olduğuna baxmayaraq əməl etmirlər. Buna görə də demək olar ki, bac alma öhdəliyi əvəz etmişdir. Amerika İranın iqtisadi infrastrukturuna yardım etmək fikrində olan şirkətləri qorxutmaq üçün onlara embarqonu pozduqlarına görə ağır cərimələr tətbiq edir. Buna görə də dünyanın kapital qoyuluşu dairələrinə İrana dair dəhşətli vəziyyət hakim olmuş və nüvə razılaşmasından İranın aparacağı mənafeni minimum endirmişdir. O artırmışdır: nüvə razılaşması açıqlayır ki, Amerika qeyri-nüvə bəhanələri ilə İrana qarşı yeni embarqo tətbiq edə bilməz. Demək hüquqi baxımdan Amerika bu razılaşmanı pozmuş və qəti olaraq məhkumdur. O, beynəlxalq bankların cərimə edilməsini Amerikanın bu sahədəki ən pis təşəbbüsü hesab edərək demişdir: bu, İranın iqtisadi inkişafına ən mənfi təsiri qoymuşdur. Ayətüllah Amili həzrətləri sözlərinin sonunda müəzzəm rəhbərlik məqamının “sözsüz ki, embarqonun uzadılması razılaşmanı pozur və reaksiya verilməlidir” sözlərinə işarə edərək demişdir: həm məclis, həm də dövlət bu haqda lazımi təşəbbüslərlə çıxış etməlidir. O, müəzzəm rəhbərliyin müqavimət iqtisadiyyatı prinsiplərinə əməl etməyi ən əsas çıxış yolu hesab edərək demişdir: müəzzəm rəhbərlik məqamı bu ilin novruz bayramında demişdir: “daxildə istehsal olunma imkanı olan əmtəələrin idxalı şəri haramdır”. Biz, əziz dövlətimizdən istəyirik ki, bu fətvaya əməl edib onun tətbiqi yollarını tezliklə hazırlasın. Əyalətin ümumi mədəniyyət şurasının sədri birinci xütbədə həzrət Zeynəbin vəfatına görə hicab haqqında geniş izahat vermiş və Avropa məhkəməsinin hicablı müsəlmanların işdən azad edilmə sərəncamının sahibkarlara verildiyinə dair demişdir: liberalism elə bir tənəzzülə uğramışdır ki, bir metr parçanın qarşısında davam gətirə bilmir. O artırmışdır: sözsüz ki, iş mühitində hicabın yasaq olması ikili yanaşmanın bariz nümunəsidir. Onlar social mühəndislik olan ikili yanaşma formasında müsəlman qadınları sekularizmi qəbul etmək məcburiyyətində qoymaq istəyirlər ki, onun xoş nəticəsi olmayacaqdır.

 

işdir: liberalism elə bir tənəzzülə uğramışdır ki, bir metr parçanın qarşısında davam gətirə bilmir. O artırmışdır: sözsüz ki, iş mühitində hicabın yasaq olması ikili yanaşmanın bariz nümunəsidir. Onlar social mühəndislik olan ikili yanaşma formasında müsəlman qadınları sekularizmi qəbul etmək məcburiyyətində qoymaq istəyirlər ki, onun xoş nəticəsi olmayacaqdır.
Liberist təfəkkür o dərəcədə tənəzzülə uğramışdır ki, bir metr bezin qarşısında belə davam gətirə bilmir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap