header

 İŞİD-in mühasirəsində olan, əsasən şiələr məskunlaşmış Fuə və Kəfəriya qəsəbəsindən 5 min nəfər mühasirədən çıxarıldı - FOTO

İŞİD terror qruplaşmasının mühasirəsində olan, əsasən şiələr məskunlaşmış Fuə və Kəfəriya qəsəbəsindən 5 min nəfər mühasirədən çıxarıldı

Fuə və Kəfəriya qəsəbəsinin məzlum sakinlərini daşıyan avtobuslar artıq bu gün səhər terrorçuların mühasirəsindəki ərazidən çıxaraq Hələbdə Suriya ordusunun nəzarəti altında olan bölgəyə daxil oldu. 
 5 mindən çox  Fəu və Kəfəriya sakinini daşıyan 75 avtobus bu gecə yerli vaxtla saat 02:00 radələrində Ramusə keçid bölgəsinə daxil olub. 20 təcili tibbi yardım avtomobili avtobusları müşaiyət edib. Daha 45 avtobus isə bu gecə  terrorçuların mühasirəsindəki ərazidən çıxarılacaq. 
 Terrorçu qruplar ötən gecə Fəu və Kəfəriya sakinlərini daşıyan avtobusların ətrafına minaatanlarla atəşə tutub.  Nəticədə bir qadın və uşaq yaralanıb. 
 Bu gün həmçinin Dəməşqin yaxınlığında yerləşən və hökumət qüvvələrinin mühasirəsində olan Zubdani və Mazaya qəsəbəsindən 2350 silahlı əldə olunmuş razılıq əsasında hökumət qüvvələrinin mühasirəsindən 60 avtobusla çıxarılıb.  
 
Qeyd edək ki, bir müddət öncə 2 ildən çoxdur ki, mühasirədə olan bu dörd bölgənin boşaldılması üçün hökumət qüvvələri və “müxaliflər” arasında razılıq əldə olunub.
 Bu bölgələrdə 60 min insanın mühasirədə olduğu bildirilir. 
 Qeyd edək ki, bir müddət öncə də “müxaliflər” Fuə və Kəfəriyanın sakinlərinin boşaldılması ilə bağlı razılıq vermişdir. Lakin daha sonra bu bölgənin dinc sakinlərini boşaltmaq üçün göndərilən avtobuslara od vurub yandırmışdılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İŞİD terror qruplaşmasının mühasirəsində olan, əsasən şiələr məskunlaşmış Fuə və Kəfəriya qəsəbəsindən 5 min nəfər mühasirədən çıxarıldı
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap