header

 Yəmənlilərin raket hücumunda 100 səud muzduru öldürülüb

Yəmənli mənbələr bu ölkənin qərbində yəmənli qüvvələrin raket hücumunda 100-dən çox səud muzdurunun öldürülməsindən xəbər veriblər.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, bir yəmənli hərbi mənbə bildirib ki, Yəmənin ordusu və xalq komitələri dünən bir ədəd "Qahir-2" raketini səud təcavüzkarlarının Ərəbistanın cənub-qərbindəki Əlməxa məntəqəsində yerləşən mövqelərinə atıblar. Nəticədə 100 muzdur, o sıradan bir neçə sudanlı zabit, eləcə də onlara aid olan yeddi ədəd avtomobil məhv edilib.

 

Belə bir halda, Yoxsulluq, Aclıq və Ədalətsizliyin Kökünün Kəsilməsi üzrə Beynəlxalq Yardım Qrupu- OKSFAM(OXFAM) Yəmən böhranını dünyadakı ən kədərli böhranlardan biri adlandırıb və bildirib ki, bu ölkədə 19 milyon nəfərə yaxın insan, başqa sözlə, bu ölkə əhalisinin 70 faizi fövqəladə yardımlara ehtiyaclıdır.

 

OKSFAM Ərəbistanın və onun muzdurlarının Yəmənə qarşı hücumlarının indiyə kimi 46 mindən çox yəmənlinin həyatına son qoyulmasına və yaralanmasına bais olduğunu bildirərək, əlavə edib: Yəməndə 3 milyondan çox insan bombardmanlar ucbatından öz ev-eşiyini tərk etmək məcburiyyətində qalıbdır.

 

Ərəbistan ABŞ və İngiltərənin dəstəklərilə 2015-ci ilin martından Yəmən xalqına qarşı hücumlara başlayıb. Məqsəd, Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini zorla hakimiyyətə qaytarmaqdır. Ərəbistan iri xərclər çəksə də öz məqsədlərinə çatmaqda nakam qalıbdır.

Yəmənli mənbələr bu ölkənin qərbində yəmənli qüvvələrin raket hücumunda 100-dən çox səud muzdurunun öldürülməsindən xəbər veriblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap