Lavrov: Suriya hökuməti üçün hər cür gərginliyin yaradılması terrorçulara dəstək istiqamətindədir
Posted on : Digər sahələr 10/16/2017 1:00:25 PM
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Moskvada ABŞ-ın dövlət katibi Reks Tillerson ilə birgə mətbuat konfransında deyib ki, Suriya hökumətini zəiflətmək üzrə hər cür səy təkcə bu ölkədəki terror qruplarına kömək edəcəkdir.
IRIB-nin məlumatına görə, Lavrov bildirib ki, Moskva Xan Şiyxun hadisəsilə
bağlı Vaşinqtonla fikir ayrılığına malikdir. O, qeyd edib ki, bu şübhəli hadisə
bitərəf şəkildə və beynəlxalq ekspertlər tərəfindən araşdırılmalıdır.
Ölkəsi altı il bundan öncədən bəri Suriyadakı terror qruplarının ən əsas
himayədarı olan ABŞ-ın dövlət katibi deyib ki, Vaşinqton və Moskva Suriya barədə
bir-birilərilə ixtilafa malikdirlər.
Reks Tillerson Suriyadakı terrorçuları himayə istiqamətindəki əsassız sözlərini
təkrarlayaraq, iddia edib ki, Dəməşq Xan Şiyxun hadisəsinin amilidir.
Tillerson həmçinin qeyri-diplomatik və həyasızcasına bir ifadədə Suriya
prezidenti Bəşşar Əsədin hakimiyyətdən kənarlaşdırılması vacibliyini
vurğulayıb.
Terrorçuların Suriya hökumətini devirmək sahəsində altı il aciz qalmasından
sonra bu günlər Amerika regiondakı terror qruplarının əsas himayədarı kimi
Suriya hökumətini zəiflətmək üçün bir çox cəhdlərə əl atıbdır.