header

 Ana və atanı öpmək – behişti öpmək kimidir

Ana və atanı öpmək – behişti öpmək kimidir

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və soruşur: “Ey Allahın Rəsulu! Mən and içmişəm ki, behiştin astanasını öpəm. Bəs indi nə edim?”. Həzrət (s) buyurur: “Ananın ayağını və atanın alnını öp”. Yəni, əgər belə etsən behiştin astanasını öpmüş kimi olarsan.

Həmin şəxs soruşur: “Bəs əgər atam və anam ölübdürsə necə?”. Buyurur: “Onların qəbirlərini öp”. (Tebyan)

O zaman ki, Həzrət İbrahim (ə) İsmayili (ə) görmək üçün Məkkəyə gəlir, oğlu evdə deyildi. Həzrət İbrahim (ə) də Şama geri qayıdır. O zaman ki, İsmayil (ə) evə qayıdır, həyat yoldaşı atasının gəldiyini ona xəbər verir. Bu zaman İsmayil (ə) atasının ayaq izlərini axtarmağa başlayır və bir ayaq izi tapır. Atasına hörmət əlaməti olaraq, həmin ayaq izini öpür.

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Allahın Rəsulu! Elə bir çirkin iş yoxdur ki, onu görməmiş olum, mənim tövbəm qəbul olarmı?”. Həzrət (s) buyurur: “Atan və anan sağdırlar?”. Həmin şəxs deyir: “Atam sağdır”. Həzrət (s) buyurur: “Get və atana yaxşılıq et ki, sənin atana yaxşılıq etməyin tövbənin qəbul olmasına səbəb olacaqdır”.

Ana və atanı öpmək – behişti öpmək kimidir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap