“Azərbaycanın ən böyük düşməni türklər olub” – Elmlər Akademiyasının alimi
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar verdiyi son müsahibədə türklərlə bağlı qalmaqallı fikirlər səsləndirib.
Moderator.az müsahibədən
həmin hissəni təqdim edir:
– Azərbaycanda bir çox
tarixi hökmdarların analarının ayrı millətlərdən olması məsələsi son vaxtlar
xüsusi olaraq qabardılır. Misal üçün, ayrı-ayrı şəxslər iddia edir ki, Şah
İsmayıl Xətainin anası xristian olduğu üçün, o da xristian olub və sairə. Sizcə,
bunu deyən alimlər nə dərəcədə haqlıdır?
– Bu cür yanaşmalar doğru
deyil. Mən buna qəti şəkildə qarşıyam. Yəhudilərdə nəsil, kök ana ilə
götürülür. Bizdə isə ata ilə. Nizami Gəncəvinin anası kim idi? Kürd idi. Bu o demək
deyil ki, Nizami kürd şairi olub.
Ümumiyyətlə, mən “türk”
sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə
“tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta,
ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox
olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib
gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin
əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla
yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey
sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən
böyük düşməni türklər olub. Tarixə baxın, görün Osmanlı İmperiyası Təbrizi neçə
dəfə dağıdıb? Təbrizi, Gəncəni türklər yox edib, dağıdıb. Osmanlı qoşunu
Çaldıran döyüşündə minlərlə türkü öldürüb. İndi də həmin Çaldıran düzü Türkiyədədir,
indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada
yaşayan əhali indi də Azərbaycan dilində danışır.