header

 Bayram gecəsində ehtiyaclılar unudulmasınlar

"Novruz günləri qarşıdadır. Ehtiyaclılara kömək etmək istiqamətində Əhli-Beytdən (ə) örnək götürmək zərurətdir. Bayram günlərində ehtiyatlı olmalıyıq və ətrafımızda ehtiyaclılar olduqda onlara kömək etməliyik. İslam ictimaiyyətindən bundan başqa gözlənti yoxdur".

Bu sözləri Tehranın bu həftəki cümə namazı xütbələrində müvəqqəti imam cümə Ayətullah İmami Kaşani deyib.

"Sivilizasiyalı ictimaiyyət hansı ictimaiyyətdir?" sualını irəli sürən Tehranın bu həftəki imamm cüməsi belə deyib: Tövhid əhli, Allaha diqqət yetirən, ədalət və vətəndaşların təhlükəsizliyi və hüququnu təmin edən ictimaiyyət sivilizasiyalı ictimaiyyətdir və belə ictimaiyyətin örnəyi 14 məsumdur (ə).

Onun sözlərinə görə, bütün islam ümməti Əhli-Beytə (ə) hörmət edir. Əlbəttə bəzi ölkələrdə sionist rejimlə əlbir olan başçıları hesaba almırıq. Bizim məqsədimiz islam cəmiyyətlərinin insanlarıdır. Buna görə, İslam Respublikasında əziz və əzəmətli mədəniyyət olan Əhli-Beyt (ə) mədəniyyəti ilə fəxr edirik.

"Bu mədəniyyət dünyada yayılmış, fələstinlilərin sionist rejim, yəmənlilərin Ali-Səud və İraqın İŞİD terrorçuları qarşısında durmasına səbəb olmuşdur" -deyə Ayətullah İmami Kaşani əlavə edib.

"Novruz günləri qarşıdadır. Ehtiyaclılara kömək etmək istiqamətində Əhli-Beytdən (ə) örnək götürmək zərurətdir. Bayram günlərində ehtiyatlı olmalıyıq və ətrafımızda ehtiyaclılar olduqda onlara kömək etməliyik. İslam ictimaiyyətindən bundan başqa gözlənti yoxdur".
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap