Azərbaycan respublikasının ziyalıları “iki dövlət bir millət” şüarından üz döndərir
Posted on : Video 10/16/2017 1:00:24 PM
Fazil Mustafa kimi İran və şiələrə qarşı mütəmadi təbliğat aparan şəxslər niyə Azərbaycanı Türkiyəyə bitişdirmək istəyində olan Ərdoğanın müşavirinin sözləri qarşısında sakit dayanırlar?
Tashaio.com - Son vaxtlar Azərbaycan respublikası milli məclisinin
deputatı Arif Rəhimzadə Rusiyanın (km.ru) portalına verdiyi müsahibəsində
demişdir: “hər halda biz türk deyilik. Türklər bizdən tam ayrı bir millətdirlər.
Çar Rusiyası isə Osmanlı türklərinin Qafqaz regionuna buraxdığı təsirin
qarşısını almaq üçün erməniləri regiona köçürtdü. Bizim bədbəxtliyimiz Çar
Rusiyasının bizi türk hesab etdiyindən irəli gəlir”. Bu bir cümlə isə “iki dövlət
millət” şüarı ilə Azərbaycan respublikası əhalisinin pak hissiyyatına rəhbər kəsilərək
bu hilə ilə bir çox həqiqətləri ört-bastır elədilər və bu deputata qarşı hücuma
keçdilər. Azərbaycan respublikası “virtual Az” internet portalı Arif Rəhimzadənin
sözlərinin qalmaqallı olduğunu deyərək artırmışdır: Heydər Əliyevin Türkiyə və
Azərbaycan respublikasını “iki dövləti olan bir məllət” kimi təqdim etməsindən
keçən iki onillik ərzində bu ifadə ölkənin siyasi və social ictimaiyyətində
yerləşmişdir. Digər tərəfdən isə Bakıda Türkiyənin tərəfdarı olan mediyada A. Rəhimzadəyə
qarşı qalmaqal başlandıqdan sonra Yeni Müsavatın türkçü internet portalı bu
haqda yazmışdır: “məhşərdə Arif Rəhimzadədən üzr istəməsi tələb ediləcəkdir!”.
Bəzi digər rəsmi saytlar, o cümlədən oxu.az saytı professionallıqla və əhalini
dırnaqarası danışdırmaqla göstərmək istəyirlər ki, guya əhalının bu sözə müsbət
münasibəti yoxdur. Rəsmi saytların bu təşəbbüsləri qarşısında virtual məkanda
deputatı dəstələməklə yanaşı Azərbaycan respublikasının ağır günlərində Türkiyənin
mövqeyini tənqid etməyə başladılar. Bir çox yazılarda belə bir ifadəyə rast gəlmək
olur: “niyə öz əsil kimliyimizi unudaraq Azəri olmağımızla fəxr etməyək?
unutmuşuqmu ki, Azərbaycan xalqı 20 yanvar hadisələri ilə əlaqədar Türkiyədən
yardım istəyəndə Turqut Özal demişdi:
"Azərbaycanlılar Anadoludakı Türk xalqlarından daha çox İrandakı azərilərə
yaxındılar. Onlar şiə, biz isə sünniyik."
Əcnəbi amillərinin bütün qalmaqallarına baxmayaraq A. Rəhimzadə
verdiyi son müsahibəsində məntiqi faktlar gətirərək öz mövqeyində qaldığını
vurğulamışdır. Əlbəttə bu mübahisələr Ərdoğanın yüksək rütbəli müşavirlərindən
birinin Azərbaycan respublikası və İraqın şimalının Türkiyəyə birləşdirilməsi
planına dair sözləri haqqında görüntülərin aşkarlanması Azərbaycan xalqının
hissiyyatına toxunmuş və onlar etiraz edərək virtual məkanda “biz Azəri
olmağımıza fəxr edirik” kampaniyası təşkil etmiş və “iki dövlət bir millət”
şüarına real baxmağı vurğulamışlar. Həmin hadisələr və Azərbaycan respublikası
ziyalılarının son neçə ay ərzində Türkiyə ilə əlaqədar dedikləri göstərir ki, əvvəla
həqiqət həmişəlik gizli qlmır. Bu ölkədə elmi və tarixi həqiqətlərə əsasən
qaranlıq nöqtələri xalqa aydınlaşdıran və bir çox xainlərin həqiqi simasını müəyyənləşdirən
sədaqətli və azad düşüncəli ziyalılar olacaqdır.
Ikincisi, son neçə ay ərzində və analoji hadisələrdə Fazil
Müstafa kimi bir sıra agentlər öz varlıqlarını millətçi, gülənçi, sionist təfəkküründə
və xalqın əsil kimliyi olan şiəlikdən kənarlaşmasında görənlər tarixi həqiqətlərə
qarşı təbliğatla məşğuldurlar. Bu təbliğat yalnız deyilən mövzu ilə məhdudlaşmır,
digər analoji sahələri də ehtiva edir. Misal üçün Araz Əlizadənin Osmanlı
imperiyası və Nuri Paşaya qarşı tənqidçi mövqeyinə işarə etmək olar. Azərbaycan
respublikası milli məclisinin deputatı A. Əlizadə Osmanlı imperiyası və islam
ordusunun komandanı Nuri Paşanın Bakıdakı rolu haqqında demişdir: “hamı bilsin
deyə dərsliklərdə yazmalıyıq ki, “erməni qarayarasını Osmanlı imperiyası Azərbaycan
(respublikası)nın canına daraşdırmışdır. Indinin özündə də Türkiyə Osmanlı
cinayətlərinə cavab vermək istəmir”. Bu tarixi həqiqətlərin, həm də bir
deputatın dilindən deyilməsi əcnəbi amillərinin hərtərəfli hücumuna səbəb
olmuşdur. Azərbaycan respublikası milli məclisinin inzibati komitəsinin sədri
Ağacan Əbiyev social democrat partiyasının sədri və deputat Araz Əlizadəni
Osmanl imperiyası və türklərin Azərbaycan respublikası tarixində oynadıqları mənfi
rola görə tənqid etməsi ucbatından inzibatı cəza tətbiq ediləcəyi ilə hədələdi.
Fazil Mustafa isə onu xain kimi təqdim etdi. Social demokrat partiyasının sədrinin
ünvanına söylənən tənqidlərin davamı olaraq “turaninfo” internet portal qeyd
etdi ki, Araz Əlizadənin deputatlıqdan kənarlaşdırılması fikri aktuallaşmışdır.
Bu agentlərin funksiya tabeli göstərir ki, bu qalmaqalda onlar irq və dildən
daha original olan xalqın şiə kimliyinin inkişafından qorxurlar. Buna görə də
daima atifi-hissi şüarlara, irqi və millətçi düşüncələrə rəğbət göstərərək Azərbaycan
xalqının həqiqi kimliyinin unudulmasına yönəlmiş təşəbbüslərə əl atırlar.
Buradaca qarşıya belə bir sual çıxır: İran dəfələrlə Azərbaycan respublikasının
ərazi bütövlüyünü vurğulasa da, Ərdoğanın müşaviri isə Azərbaycan
respublikasının Türkiyəyə birləşdirilməsindən danışsa da, niyə Fazil Mustafa
kimi adamlar türklərin bu təhqiri qarşısında sakit dayanır? Hələ desən onlar
İrana və Azərilərin şiə kimliyinə hücum edirlər?
Üçüncüsü, Azərbaycan respublikasının ziyalıları Türkiyənin
Qarabağ müharibəsi başlanandan indiyə kimi gördükləri işləri izləyib belə bir qənaətə
gəlmişlər ki, Türkiyə Azərbaycan xalqına yardım sahəsində bərbəzəkli şüarlarla
kifayətlənir və ağır günlərdə Azərbaycanın arxasını boşaldır. Elədir! Bu bir həqiqətdir
ki, Türkiyə və xüsusilə onun sələfçi fikirləri olan və şiələrə düşmən kəsilən
hazırkı prezidenti heç vaxt Azərbaycan respublikasının hüseynçi və vilayətmədar
xalqını himayə etməyəcək, yalnız boş şüarlarla kifayətlənəcəkdir. Tarixin
yaddaşında Türkiyənin Azərbaycan respublikası haqqında müsət bir mövqeyi
yoxdur. Son sözümüz budur ki, biz öz Azəri olmağımızla fəxr etsək də bizim
kimliyimizdə hər nədən çox rol oynayan şiə kimliyimizdir ki, bizə dünya və axirət
fəxrini nəsib edəcəkdir. Elədir! Rəvayətlərdə əhlibeytdən nəql olunan sözlərdə
olduğu kimi biz, Azəri olmazdan əvvəl Məhəmmədçi, Əliçi, Fatiməçi və
Hüseynçiyik. Bu da şiələri dünyada sülhsevər, qeyrətli, ağıllı, məntiqli,
azadlıqsevər və ədalətpərvər etmişdir.