header

 Beynəlxalq Amnistiyadan Trampa məktub: "ABŞ Səudiyyə və Bəhreynə silah satmaqdan imtina etməlidir"

Beynəlxalq Amnistiya təşkilatı ABŞ prezidenti Donald Trampa bir məktub yazaraq, Səudiyyə və Bəhreyn rejimlərinə silah satmağın bir çox beynəlxalq qanunlara məhəl qoymadan Yəməndə minlərlə dinc sakini qətlə yetirən koalisiyanı silahlandırmaq demək olduğunu qeyd edib.

Beynəlxalq Amnistiya təşkilatı tədqiqatçıları Yəməndəki dağıdılmış yaşayış binaları arasında xeyli miqdarda ABŞ istehsalı olan bomba tapıb. Həmin bombaların arasında beynəlxalq qanunlara görə, qadağan olunmuş bəzi bombalar da aşkarlanıb.

 Məktubunun davamında Səudiyyə rejiminin Yəməndə döyüş qaydalarını pozduğunu qeydə edən Beynəlxalq Amnistiya təşkilatı, ABŞ hökumətinə qarşı belə reaksiya verir: "Səudiyyə Ərəbistanı, Bəhreyn və digər koalisiya üzvlərinin bu yeni ABŞ silahlarını Yəməndə mülki vətəndaşları öldürmək üçün istifadə etmək təhlükəsi var.

Bu problem sizin (ABŞ) hökumətinizi müharibə cinayəti və ya beynəlxalq qanunları pozmaq istiqamətində müdaxilə etməyə yol açacaq".

 Beynəlxalq Amnistiya təşkilatının Trampa yazdığı məktubun davamında isə belə qeyd edilib: "ABŞ insan haqlarını pozan hökumətləri silahla təmin etməməlidir. ABŞ bu zorakılıqdan qaçmağa çalışanların yolunu bağlamamalıdır. Səudiyyə Ərəbistanı və Bəhreyni silahla təmin etmək, müharibə cinayətinə şərik olmaq təhlükəsini də özü ilə birgə gətirir. Bu əməliyyatın Yəmən xalqının ABŞ-a səfər etməsini qadağan etməsi ilə birgə baş verməsi pis haldır. ABŞ-ın prezidenti Tramp bu silah müqaviləsini təsdiq etməməlidir".

 

Beynəlxalq Amnistiya təşkilatı ABŞ prezidenti Donald Trampa bir məktub yazaraq, Səudiyyə və Bəhreyn rejimlərinə silah satmağın bir çox beynəlxalq qanunlara məhəl qoymadan Yəməndə minlərlə dinc sakini qətlə yetirən koalisiyanı silahlandırmaq demək olduğunu qeyd edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap