Rusiya Suriyaya zərbəyə görə İsrailin səfirini çağırıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
İslaminSesi-nin Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, işğalçı İsrail rejiminin Moskvadakı yeni səfiri Harri Koren martın 17-si cümə günündə İsrail HHQ-nin Suriyada İŞİD-ə qarşı qanuni yolla (Suriya hökümətinin icazəsi ilə) döyüşən Hizbullah müqavimət hərəkatına hərbi tədarük daşıyan karvana endirdiyi hava zərbələri səbəbi ilə izahat vermək üçün Rusiyanın XİN binasına çağırılıb
Martın 16-da Rusiya prezidenti Vladimir Putinə etimadnaməsini
təqdim etdikdən bir gün sonra Rusiya XİN-nə çağırılan Harri Koren nazirliyin
saytında yerləşdirilmiş qısa protokola əsasən Rusiya xarici işlər nazirinin
müavini, Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə
xüsusi nümayəndəsi Mixail Boqdanova izahatlar verib.
"Söhbət zamanı əsas
diqqət Suriyada və onun trafinda baş verən son hadisələrə yetirilmişdir" -
məlumatda deyilir.
İşğalçı ölkənin səfiri
Boqdanovdan sonra Rusiya xarici siyasət idarəsinin başçısının digər müavini ilə
Sergey Ryabkov ilə görüşməli olub və burada "bəzi aktual məsələlərin beynəlxalq
təhlükəsizlinin" müzakirəsi keçirilib.
Korenin Xarici İşlər
Nazirliyində keçirdiyi görüşlərin digər təfərrüatları barədə açıqlanmayıb.
Xatırladaq ki, martın
17-də, israil HHQ-nin təyyarələri cümə gününə keçən gecə Suriya ərazisində yerləşən
hədəflərə hava hücumu edib. Suriyanın SANA agentliyi hava hücumunda dörd israil
qırıcısı iştirak edib. Onlara Hava Hücumundan Müdafiə vasitələri ndən atəş
açılıb, nəticədə bir təyyarə vurulub.
İsrail, təyyarənin itirilməsi barədə məlumatları təkzib
edib.