Niceriya şiələrinin İran islam respublikasına olan sonsuz rəğbəti
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
“Ayətüllah Xamneyinin vurğunuyuq və İran üçün ölənə qədər döyüşməyə hazırıq”
Tashaio.com - Blumberq qəzeti “Tramp düşmən törədir. İran isə
döst qazanır” adlı bir məqalədə Amerikanın İrana məhdudluq yaratma səyini və
Niceriya şilələrinin islam inqilabına vurğunluğunu analiz edərək yazmışdır:
niceriyalı nəccar Bəşir Məhəmməd indiyə kimi İranda səfərdə olmayıb. O, ölənə
kimi bu ölkənin yolunda döyüşməyə hazır olduğunu deyir. O demişdir: İran bizdən
yardım istəsə onlara hətta qanımızla yardım etməyə hazırıq. Donald Tramp bilməlidir
ki, Amerikanın qarşısında dünyanın hər yerində İranı müdafiə edən çoxlu adamlar
vardır. 30 yaşlı bu adam şiə məzhəbini qəbul edən və hər gün artmaqda olan
adamlardan biridir. Dünyanın özünü Tramp dövrünə uyğunlaşdırması Uaşinqton və
onun müttəfiqlərinə belə bir mesaj verir ki, İran gözlənilməyəön reginlarda
nüfuzunu artırmaqdadır. Islami İran bir il bundan qabağa kimi iqtisadi
embarqonun nəticəsi olaraq dünyanın neft bazarından kənarlaşmasına rəğmən öz
sahəsini genişləndirmişdir. Niceriya müsəlmanları əsasən sünnidir, İranın
Afriqadakı artmaqda olan gündəlik nüfuzu səudiyyəliləri hiddətləndirmişdir.
Uaşinqton Orta Şərq müəssisəsinın müavini
Pol Salim bu haqda demişdir: İranın öz hərəkatı vardır və inanır ki,
Amerika ona dərdisər yaratmaq istəyir. Tramp dolayısı ilə işarə etmişdir ki,
İranla məsələləri həll etmək funksiyasından uzaqlaşır. İranla problemləri həll
etmək və onunla əlaqə yaratmaq siyasəti ABŞ-ın keçmiş prezidenti dövründə və
2015-ci il nüvə razılaşmasından sonra başlanmışdı. İranın balestik raketi
sınaqdan keçdikdən sonra Amerika ötən ay bu ölkəyə xəbərdarlıq etmiş və yeni
embarqolar qoymuşdur. Səudiyyə Ərəbistanı haqqında 2015-ci ildə yayımlanan
vikiliks faktları göstərir ki, bu ölkə qərbi Afriqada Mali, Moritaniya,
Borkinafaso və Niceriyadan tutmuş Asiyada Hindistan və Çinə kimi şiəliyin
yayılmasından nigərandır. Niceriya şiələri İran islam inqilabının
vurğunudurlar. Anadan sünni doğulan Məhəmməd beş il bundan əvvəl ailəsinin hədələrinə
baxmayaraq şiə olmuşdur. Onun bu vəfadarlığının haradan irəli gəldiyi məlumdur.
Məhəmməd bir ay bundan qabaq dostları ilə birlikdə Zariya şəhərinin yoxsul məhəllələrinin
birində məsciddən kənar bir yerdə olmuşdur. Onlardan biri onun mobil
telefonunda Trampın İrana qarşı sərt mövqeyini dair xəbəri görür. O deyir ki,
bizi gülmək tutdu! O, sonra artırdı: Əgər İranın müəzzəm rəhbəri ayətüllah Əli
Xamneyi bizdən Amerika ilə döyüşməyi istəsə, bu işi görəcəyik. Niceriyanın 190
milyon nəfərlik xristian və müsəlman nüfusunun nə qədərinin şiə olması
haqqındakı fikirlər çox fərqlidir. Şiə tərəfdarlarının bəzilərinin fikrincə
Niceriya şiələri 20 milyondur. Hər şey İranın islamı inqilabının təsirinə məruz
qalan universitet fəaalı sünni məzhəbli İbrahım Zəkzaki ilə başlanmışdır. Zəkzaki
şiə oldu. Sonra başına əmmamə qoyaraq din xadiminə çevrildi. O, 1990-cı illərdə
Niceriya müsəlmanlar hərəkatının rəhbərliyinə keçdi. Bu ölkənin hərbi qüvvələri
Zariya şəhərində və 2015-ci ilin dekabr ayında 300 nəfərdən çox şiəni öldürüb Zəkzakini
və yüzlərlə tərəfdarlarını saxladıqda qarşıdurmalar artmağa başladı. Məhəmməd
iki dəfə Zəkzakinin çıxışını dinlədikdən sonra şiə olan bir nəccar idi. Qabaqca
küçələrdə qəzet satmaqla məşğul olan 43 yaşlı Şərif Əbubəkir Zəkəriyya deyir
ki, 20 il bundan əvvəl həmin din xadimi islam həqiqətlərini dedikdən sonra şiə
olmuşdur. O, on ildir ki, vilçer üstündə kiçik bir otaqda İranın ilk rəhbəri ayətüllah
Ruhullah Xumeyninin divara asılmış şəkli ilə yaşayır. O, Məhəmmədin dünya
haqqındakı siyasi yozumu ilə razıdır. Trampın sionist bir planı vardır. İranla
qarşılaşsa nə baş verəcək? Zəkəriyya bunun cavabında deyir: yox, o buna razılıq
verməz. Zəkəriyya deyir: ayətüllah Xamneyi desə ki, Amerika ilə qarşılaşmaq
üçün uşaqların lazımdır, mən onları təqdim edəcəyəm. O, artırdı: mən onun
vurğunuyam, mən İranın vurğunuyam.