header

 Dinin bütün yaxşılıqları – həyadadır

Dinin bütün yaxşılıqları – həyadadır

İmam Əli (ə) buyurur: “İnsanların ən aqili – onların ən həyalısıdır”.

Həya – gözəl bir geyimdir ki, Allah onu bəndələrinə əta etmişdir. O insanın ki, fitrəti təmizdir, həya və iffət onun gözəl geyimidir.

İmam Əli (ə) buyurur: “Həya – bütün yaxşılıqların xəmir mayasıdır”.

“Həya, bütün yaxşılıqların açarıdır”.

“Dünyanın ən gözəl libası – həya libasıdır”.

İmam Sadiq (ə) buyurur: “İmanı yoxdur o kəsin ki, həyası yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Dinin bütün yaxşılıqları – həyadadır”. (Tebyan)

İmam Əli (ə) buyurur: “Həya, insanı pis işdən saxlayar”.

“Həya – iffət amilidir”.

Ona görə də o kəs ki, həya libasını əynindən çıxardar, əql və imandan uzaq olar. Hər nə qədər insanın ağlı və kamalı çox olarsa, həyası da çox olar. Allahdan, insanlardan, özündən həya edər.

İmam Əli (ə) buyurur: “Ağıl – sağlam ağacdır ki, şirin meyvəsi səxavət və həyadır”.

Valideyn gərək övlad tərbiyəsində həya mövzusuna diqqət göstərsin və övladının bu fəzilətli sifətə yiyələnməsinə yardım etsin. Çünki o qız və oğlan ki, həyanı öyrənməz, hicabı öyrənməz, özünü kontrol etməyi öyrənməz, güzəşti, məhəbbəti, ehtiramı öyrənməz – insan olmağı öyrənməz. Bu da insanlığın ölməsi deməkdir.

Dinin bütün yaxşılıqları – həyadadır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap