header

 Hey Hələbdən danışan Qərb mediası niyə Mosul əhalisi haqda susub?

İraqın baş naziri Heydər əl Abadi Mosul əməliyyatlarının son mərhələyə daxil olduğunu açıqlayıb. Yerli əhali hər gün ABŞ koalisiyası tərəfindən öldürülən dinc əhalidən bəhs edir.

Tashaio.com - İslaminSesi Rt-a istinadən sizə Qərb mediasının Mosul haqqında nə üçün susmasını araşdıran məqaləni sizə təqdim edir. Artıq neçə müddətdir ki, Mosulda əməliyyatlar davam edir. Lakin Qərb mediası demək olar ki, orada öldürülən əzab çəkən dinc əhali haqda demək olar ki, kəlmə də danışmır. Elə martın əvvəllərindən bəri ABŞ koalisiyasının bombardmanı nəticəsində 132 nəfər həlak olub.

 Mosuldan qaçanlar sadəcə olaraq dəhşətlərdən bəhs edirlər. Onlar günlərdir ac olduqlarını və bombardmanın dəhşətli hal aldığını deyirlər. BMT-nin bildirdiyinə görə hazırda Mosulda şiddətli döyüşlər getdiyi yerdə hazırda 800 min dinc  insan var.

 Hazırda Mosulla Hələbi müqayisə etsək əgər burada güclü aclığın olduğunu görə bilərik. Həmçinin buradan Hələbdən fərqli olaraq buranı minlərlə insan tərk edir. Hər iki şəhər hazırda bombardmana məruz qalır amma fərq burasındadır ki, qərb mediası  Hələb barədə demək olar ki, özünü "məhv" edirdi. Orada baş verən hadisələri Bəşər Əsədin "qan içənliyi" kimi qələmə verən media sanki Mosulu görmür.

 Bu isə yenə ikili standartların nəticəsidir. Hələbdə əməliyyatları aparan Suriya hökuməti və Rusiya idi. Burada əməliyyatları araran isə Qərbin özüdür.  Onlar da etdikləri işi niyə qabardıb mediada bəhs etsinlər ki?!.. Bu da bir daha yürüdülən siyasətlərin qətiyyən insan faktoru ilə əlaqədər olmadığını sübut edir.

İraqın baş naziri Heydər əl Abadi Mosul əməliyyatlarının son mərhələyə daxil olduğunu açıqlayıb. Yerli əhali hər gün ABŞ koalisiyası tərəfindən öldürülən dinc əhalidən bəhs edir.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap