İslamofob Geert Vildersin partiyası məğlub oldu- Hollandiyada
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Sorğulara görə parlamentdə 24-28 kürsü qazanması gözlənilən Ruttenin partiyası 31 kürsü, Vildersin partiyası isə 19 kürsü qazanıb. Sol Yaşıllar partiyası isə səslərini 25% artıraraq, 16 kürsü qazanıb.
Hollandiyada keçirilən seçkilərin ilk nəticələrinə
görə, ifrat sağçı islamofob Geert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası
(PVV) istədiyi nəticələri əldə edə bilməyib.
Baş nazir Mark Ruttenin sədrlik etdiyi
Liberal partiyası (VVD) səslərinin bir hissəsini itirməsinə baxmayaraq,
seçkinin qalibi olub. Sorğulara görə parlamentdə 24-28 kürsü qazanması gözlənilən
Ruttenin partiyası 31 kürsü, Vildersin partiyası isə 19 kürsü qazanıb. Sol
Yaşıllar partiyası isə səslərini 25% artıraraq, 16 kürsü qazanıb.
Hollandiya seçkiləri son dövrlərdə
Avropada getdikcə güc əldə edən irqçi kəsimin digər ölkələrdə vəziyyətinə də təsir
edəcəyi və ifrat sağçıların Almaniya və Fransada da bənzər nəticələr əldə edə
biləcəkləri haqqında fikirlər səsləndirilirdi.
Niderland seçkilərində əhalinin
iştirakının 81% olduğu qeyd olunub./Abna