header

 Türkiyənin İsrail, Səudiyyə Ərəbistanı və Amerika ilə eyni olan bəyanatı

Türkiyənin işğal olunmuş Fələstindəki səfiri Sionist rejim, Səudiyyə Ərəbistanı ilə eyni bəyanatda və Amerikanın regiondakı mənafeyi istiqamətində İran İslam Respublikasını durdurmağın ən yaxşı yolunun "İranın avanturalarını " nəzarətə almaq olduğunu iddia edib

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin işğal olunmuş Fələstindəki Kamal Ökəm sionist Cəruzalım Post qəzetinə verdiyi açıqlamada həmçinini İranın sülh məramlı nüvə proqramının hamını nigaran etdiyini iddia edib.

 

Bu Türkiyə rəsmisi həqiqətə zidd olan iddiaları elə bir şəraitdə səsləndirir ki, Türkiyə dövləti, Səudiyyə Ərəbistanı, ABŞ və sionist rejimlə birlikdə regionda terrorçuların həqiqi himayədarları olaraq orta şərqdə təhlükəsizliyin pozulmasında əsas rola malik olublar.

 

Türkiyə həmçinin son aylar ərzində İraq və Suriya dövlətlərinin izni olmadan terrorizm ilə mübarizə bəhanəsi ilə özünün yüzlərlə hərbçisini qeyri-qanuni şəkildə bu ölkələrdə yerləşdirib və Bağdad və Dəməşqin etirazlarını qulaq ardına vurur.

 

Müsəlmanların tənqidlərinə rəğmən Türkiyə son vaxtlar Qüdsü işğal edən rejimlə əlaqələrini yenidən başlayıb.  

Türkiyənin işğal olunmuş Fələstindəki səfiri Sionist rejim, Səudiyyə Ərəbistanı ilə eyni bəyanatda və Amerikanın regiondakı mənafeyi istiqamətində İran İslam Respublikasını durdurmağın ən yaxşı yolunun "İranın avanturalarını " nəzarətə almaq olduğunu iddia edib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap