Yəmənin qərbində BƏƏ-nin bir ədəd Vertolyotu vurulub
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Yəmənli qüvvələr bu gün Yəmənin qərbində Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir ədəd vertolyotu vuraraq salıblar.
Əl-Məyadin telekanalının verdiyi məlumata
görə, vertoyot Əl-Hədidə vilətinin cənubunda Yəmənli qüvvələrin hücumunda
salınaraq onun pilotu da ölüb.
Bu məlumata görə, Yəmən ordusu və xalq
qüvvələri Səudiyyə hərbçilərinin Əl-Hərəm bölgəsindəki mövqelərini də
dağıdıblar.
Yəmənin bəzi mənbələri də bildiriblər
ki, yəmənli qüvvələrin Səna vilayətinin Nəhəm şəhərində Yəmənin istefa vermiş
prezidenti Əbd Rəbə Mənsur Hadinin tərədarı olan Səudiyyə muzdlularından ibarət
bir qrupu öldürüblər.
Səudiyyə Ərəbistanı bir neçə ölkə ilə
birlikdə 2015-ci il mart ayında Yəmənin istefa vermiş prezidentini hakimiyyətə
qaytarmaq məqsədi ilə bu ölkəyə hücumlara başladı.
Bu hərbi təcavüz nəticəsində indiyədək
12 min yəmənli öldürülüb on minlərlə mülki yaralanıb.