header

 “Dünya üçün ən böyük nüvə təhlükəsi Sionist rejimidir”

“Bu rejim hamını təhdid edir. O, region və dünya üçün ən böyük nüvə təhlükəsidir”.

Əl-Məyadin telekanalına istinadən, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

 

Nazir verdiyi müsahibədə İranla Altılıq ölkələrinin əldə etdikləri nüvə anlaşmasına qarşı İsrail və Səudiyyə Ərəbistanı tərəfdən çoxlu addımlar atıldığını dilə gətirərək, bəyan edib ki, hazırda region və dünya üçün ən böyük nüvə təhlükəsi İsraildir.

 

M. C. Zərif verdiyi geniş müsahibədə ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirsiz olacağını da bəyan edib və Tramp administrasiyasından ABŞ-ın imza atdığı nüvə anlaşmasına əməl etməyi tələb edib.

 

Türkiyənin bölgədə xüsusilə də Suriya ilə bağlı mövqeyinə toxunan İran diplomatiyasının rəhbəri, qonşu Türkiyənin Tehranla dostluq əlaqələrinə malik olduğunu dilə gətirib və bununla yanaşı vurğulayıb ki, Türkiyə terrorçu qruplaşmaların silahla və maddi dəstəklə dəstəklənməsinə mane olmur. / İslaminSesi

“Bu rejim hamını təhdid edir. O, region və dünya üçün ən böyük nüvə təhlükəsidir”.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap