Yəmənli qadınlar BMT ofisi qarşısına toplaşdı
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Yüzlərlə yəmənli qadın ötən gün BMT-nin Sənadakı ofisi qarşısına toplaşaraq Ərəbistanın Yəmənə təcavüzünə son qoyulmasını istəyib.
Fransa
İnformasiya Agentliyinin məlumatına görə, yüzlərlə qadın BMT-dən istəyib ki, Səudiyyə
Ərəbistanının Yəmənə hücumlarına son qoymaq üçün Ali-Səud rejiminə təzyiq göstərsin.
Yəmənli qadınlar bu toplantıda ərzaq maddələri və tibbi vasitələrin Yəmənə girişinin
asanlaşdırılmasını tələb ediblər.
BMT ofisi
qarşısında yəmənli qadınların etirazları gələn həftə çərşənbə axşamı gününə qədər
davam edəcək.
BMT-nin Uşaq
Fondu YUNİSEF son vaxtlar yeni hesabatında Yəməndə azı 1546 uşağın həlak
olduğunu və 2450 uşağın da əlil olduğunu bildirib.
Səudiyyə Ərəbistanı
2015-ci il martdan ABŞ-ın dəstəyi ilə Yəmənə hərbi təcavüzə keçib. Yəmənin
quru, hava və dənizdən mühasirəyə alınmasının bəhanəsi istefa vermiş prezident
Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.
Bu hərbi təcavüzün
indiyə qədər 11 min yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması,
milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə infrastrukturlarının
dağılmasından başqa nəticəsi olmamışdır.