Çərşənbə ilə bağlı yeni fətva – Partlayıcı və yandırıcı maddələrin alqı-satqısı haramdır
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Çərşənbə ilə bağlı yeni fətva – Partlayıcı və yandırıcı maddələrin alqı-satqısı haramdır
Ölkəmizlə
yanaşı İran, Əfqanıstan, İraqın şimalı və Orta Asiya ölkələrində Novruz bayramı
öncəsi 4 çərşənbə (Su, Od, Yel və Torpaq çərşənbələri) qeyd edilir. Bu çərşənbələrdə
xüsusilədə son çərşənbədə odlar qalanır, fişənglər atılır, yandırıcı maddələrdən
müxtəlif oyunlar həyata keçirilir. Bu haqda müctəhidlərin fətvası nədir?
Cavab:
7 il öncə Ayətullah
Xameneinin dəftərxanasına çərşənbədə od qalayıb və son çərşənbə ayinlərini həyata
keçirmək barədə sual ünvanlananda, müctəhid bunun “xəsarət və zərər”lə nəticələnəcəyini
bildirərək, bu ayinlərdən uzaq durmağı vacib bilib.
Ayətullah
Cavadi Amili son çərşənbənin ayinləri haqda deyir: “Bu ağıla və şəriətə ziddir.
Əsassız və mənfi bir qaydadır”. Müctəhid daha sonra əlavə edib: “Odla oynamaq
(partlayıcılardan istifadə etmək) mali israf etmək və haram işdir”
Çərşənbə ayinləri
barədə ayətullah Məkarim Şirazidən haram fətvası vardır. Məkarim Şirazi 3 il
öncə verdiyi fətvada sonuncu çərşənbə ayinlərini “israf” (pulu fişənglərə,
partlayıcılara və yandırıcı maddələrə xərcləmək) və“xurafat iş” adlandıraraq,
bu işi normal əyləncə bilməmiş və ona təqlid edənləri bu işdən çəkindirmişdir.
Ayətullah Məkarim
Şirazi 3 gün öncə fiqh dərsi zamanı öncəki fətvalarını təkrarlayıb və
“partlayıcı və yandırıcı maddələrin satışı” haqda da fətva verib. Ayətullah Məkarim
Şirazi bəyan edib ki, “partlayıcı və yandırıcı maddələrin alqı satqısı
haramdır”