Tramp İŞİD-lə mübarizədə Rusiya ilə əməkdaşlıq fikrindən döndü
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
"Bizim strateqlər və professional hərbçilər buna son dərəcə skeptik yanaşırlar."
Rus mediasına
istinadən, ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatı ilə mübarizədə
Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətində deyil.
Bu haqda məlumatı
bir sıra ABŞ KİV-ləri vəziyyətlə tanış olan mənbələrə istinadən veriblər.
Məlumata əsasən,
İŞİD-lə mübarizədə ABŞ və Rusiyanın əməkdaşlığının genişləndirilməsi sırf
simvolik xarakter daşıya bilər.
“Bizim strateqlər və professional hərbçilər terrorçuluqla
mübarizədə Rusiya ilə əməkdaşlığın xeyr gətirəcəyininə son dərəcə skeptik
yanaşırlar. Məlum şəraitdə söhbət yalnız qəsdsiz atəşdən xəbərdar etmək və hərbi
əməliyyat zonasında qarşılıqlı ziyanın olmamasından gedə bilər.”, - deyə mənbədən
qeyd ediblər. / İslamazeri.az