header

 Tramp beşinci beynəlxalq "Yaş Barıt" mükafatının simvolik laureatı olub

İranın cənubunda yerləşən Şələmçə şəhərində keçirilən mərasimdə beşinci beynəlxalq "Yaş Barıt" mükafatı Amerika prezidentinə nəsib olub.

IRNA-nın məlumatına görə, ABŞ prezidenti Tramp bu ölkənin çoxlu sayda iqtisadi böhranlarını açıqladığına, telefon danışıqlarını dinləməsinə görə, Barak Obama dövlətindən şikayət etdiyinə, Amerika xalqının problemləri və bu ölkədəki yoxsulluq durumu barədəki rusvayçılıqları ifşa etdiyinə, həmçinin dünya imperializminin real simasını göstərdiyinə görə, beşinci beynəlxalq "Yaş Barıt" mükafatının namizədlərindən biri kimi irəli sürülmüşdü.

 

Dünən gecə Şələmçədə keçirilən mərasimdə iştirak edən poçtalyona Amerika prezidenti Donald Trampın mükafatını Birləşmiş Ştatların İrandakı maraqlarını qoruyan İsveçrə səfirliyinə təhvil vermək tapşırıldı.

 

Amerika prezidenti Donald Trampdan əlavə, Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr və ABŞ prezident seçkilərinə namizəd Hillari Klinton bu festivalın digər namizədlərindən olublar.

 

"Yaş Barıt" mükafatı "Əgər Allah istəyərsə, düşmənin özü xeyrin səbəbkarı olar!" şüarı ilə hər il özündən asılı olmayaraq, İrana qarşı nəhs plan və ya fitnələri ifşa edən və zalım qüvvələrin yalanlarını üzə çıxaran İran İslam Respublikası müxaliflərinə verilir.

İranın cənubunda yerləşən Şələmçə şəhərində keçirilən mərasimdə beşinci beynəlxalq "Yaş Barıt" mükafatı Amerika prezidentinə nəsib olub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap