header

 Məşhur Bloomberg agentliyindən İranın genişlənən nüfuzu ilə bağlı ilginc etiraf

Məşhur Bloomberg agentliyindən İranın genişlənən nüfuzu ilə bağlı ilginc etiraf

Nigeriyalı dülgər Bəşir Məhəmməd heç vaxt İranda olmayıb, amma ölənə qədər bu ölkə uğrunda vuruşmağa hazırdır. "Əgər İran bizim köməyimizi istəyərsə, biz ona hətta qanımızla da köməyə getməyə hazırıq. Donald Tramp bilməlidir ki, İranın müdafiəsinə qalxa biləcək ardıcılları dünyanın hər bir yerində var."

 

Nigeriyanın daş küçələrində hərəkət edərkən İranın Yaxın Şərqdə gedən mübarizəyə dəstək üçün yaratdığı anklavları bizə göstərir. O anklavlar ki, ABŞ-ın qorxunc xarici siyasətinə qarşı yaradılıb.

 

Dünya Tramp erasına qədəm qoyandan bəri artıq ABŞ İranın gözlənilməyən yerlərdə nüfuzunun yüksəlişi ilə qarşı-qarşıya qalıb. İslam hökuməti bu qədər qoyulan sanksiyalara rəğmən genişlənməyə davam edir.

 

Bəşir Məhəmməd Nigeriya hökuməti tərəfindən dağıdılmış məktəbin xarabalığının yanında bildirir ki, keçən il fevralın 8-i bu məktəb şiə liderlərin həbsindən sonra dağıdılıb.

 

Elə bu halda Nigeriyadakı siyasi vəziyyətə baxsaq əgər Yaxın Şərqi bir-birinə vurmuş məzhəb davaları Nigeriyada da qaynayır. Burada sünni-şiə konfiliktinə Səud rejimi dəstək verir.

 

Dünyanın ən böyük müsəlman ölkələri. Nigeriyada Türkiyədən və İrandan da çox müsəlman yaşayır. 

 

Tramp hazırda İranla 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasını da laxlatmaq istəyir. Keçən ay ABŞ admnistrasiyası İranın ballestik raketləri sınaqdan çıxarmasına qarşı sanksiyalar tətbiq etmişdi. Tramp İranı dünyada ən başlıca terrorist adlandırmışdı. Trampın baş müşavirlərindən biri olan Stiv Bennon bildirib ki, hazırda dünyada müsəlmanlarla yəhudi-xristianlar arasında ekstentalizm müharibəsi gedir. Hazırda ABŞ və Səud rejimi İranın Afrika ölkələrindəki fəaliyyətini diqqətlə izləyirlər. Hətta 2015-ci ildə Wikileaks səudların İranın Nigeriyada, Mavritaniyada, Burkino Fasoda, Qərbi Afrika, Hindistan və Çində narahatlığını əks etdirən sənəd yayımlamışdı.

 

 

Elə bizə də bələdçilik edən Məhəmməd sünni doğulub. Ailəsinin əks reaksiyalarına baxmayaraq şiə olub. Məhəmmədin düşüncəsinə görə Ali liderin bir işarəsi bəsdi ki, canlarını onun yolunda versinlər. O yalnız Amerikanı deyil, həmçinin onun mütəffiqləri İsraili və Səudları özünə düşmən hesab edir.

 

Ümumiyyətlə İranın Yaxın Şərq və Afrika siyasəti yalnız işğala qarşı cəbhə yaratmaqdan ibarətdir. Məsələn, iran şiə əfqanlar, livanlılar və iraqlılarla birləşərək Bəşər Əsədə dəstək verir. Həmçinin İranın Qərbi Afrikada möhkəmlənməsi onun köhnə düşməni və sünniliyi ixrac edən səudlara qarşı müharibə elan etməsi kimi anlaşılır. Elə bu da iki nüfuzun Nigeriyada toqquşmasına gətirib çıxarır. Hər iki dövlət Nigeriyada məktəblər açır, mədəniyyət ocaqları yaradır. Arxa planda isə tükənən neft və aşağı düşən həyat şəraiti ilə paralel gedən Boko Haramla mübarizə var.

 

 

Şiə nüfuzunun qarşısını almaq üçün Səud rejimi var qüvvəsi ilə maliyyə dəstəyini artırır və təhsil mərkəzlərində tələbələrin təqaüdlərini artırırlar. Elə bir müddət əvvəl Səud rejiminin bir məmuru Nigeriyada belə mərkəzlərdən birinə baş çəkmiş və hətta Cümə xütbəsi də demişdir. Həmin şəxs Səudiyyədə saray müşavirlərindən biridir.

 

"Səudiyyə İranın Şimali Nigeriyada möhkəmlənməsini müşahidə edir. Bu sanki ona bənzəyir ki, kimsə sənin ən yaxşı dostunla dostlaşmaq istəyir" - bu sözləri Şərqi London kollecinin nigeriyalı alimi İni Dele Adidji deyir. O hər iki ölkənin xeyriyyəçilik iddiası ilə Nigeriyaya gəldiyini bildirib.

 

"Nigeriyada sələfizm, ibadət və siyasət" adlı kitabın müəllifi Aleksandr Terstonun fikrincə 1960-cı ildə Nigeriya Britaniya müstəmləkəçiliyindən azad olunduqdan sonra burada şiələr və sünnilər var idi. Lakin Səud rejimi bura bufer zona kimi baxmağa başladı və burada İranla rəqabət aparacağı bir məkan kimi şərait qurmağa başladı.

 

Nigeriyanın 190 milyonluq əhalisi əvvəllər müsəlmanlar xristinalara bölünürdüsə indi şiələr də orada ayrı bir qüvvədir. Əhalinin 20 milyonu şiədir. 
Elə 20 milyon şiənin səsi Şeyx Zəkzaki oldu. Nigeriyada vəziyyət 2015-cilin dekabrından daha da pisləşdi. Şeyx Zəkzaki həbs olundu və 300 şiə öldürüldü.

 

Eyni dülgər Məhəmməd kimi 43 yaşlı Şərif Əbu Bəkr Zəkəriyyə 20 il bundan əvvəl necə şiə olmağından bəhs edir. O bildirir ki, şiə olandan sonra əsl İslamı dərk edib. İndi o əlil arabasında öz kasıb daxmasında Ayətullah Ruhulla Xomeynin fotosunu fəxrlə vurub.

 

 

"Tramp sionist siyasətini yürüdür." Ona sual veririk bəs Tramp İranla toqquşsa? O isə başını bulayaraq Trampın qətiyyən uğur qazana bilməyəcəyini vurğulayır.

Mənbə: İslaminSesi

Məşhur Bloomberg agentliyindən İranın genişlənən nüfuzu ilə bağlı ilginc etiraf
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap