header

 Avropa təşkilatı Şeyx Sərdarın həbsi ilə bağlı hesabat hazırlayıb

“Forum18” Beynəlxalq Hüquq Müdafiə Təşkilatı namaz məhbusu Şeyx Sərdarla bağlı geniş hesabat hazırlayıb.

Azərbaycanda ilk dəfə olaraq xaricdə təhsil aldığına görə həbs edilən Sərdar Babayev ilk şiə ruhanisidir. Onu 5 illik həbs cəzası ilə məhkum edə bilərlər. İranda təhsil almış bu ruhani Massalıda Cümə namazı qıldığına görə həbs edilib. 22 fevralda həbs olunmuş ruhani hazırda ilkin məhkəmənin qərarı ilə həbsdədir.

 

Şiə ruhanisi Sərdar Babayevin günahı sübuta yetirilərsə 5 illik həbs cəzası ala bilər. Onu xaricdə təhsil almasına görə ittiham edirlər.

 

Qeyd edək ki, bu qadağan yalnız müsəlmanlara aiddir. Heç bir dini azlıq bundan öz nəsibini almır.

 

Belə hesab edilir ki, onu 2015-ci ildə Cinayət məcəlləsinə daxil edilmiş yeni maddə ilə - Azərbaycandan kənarda dini təhsil alanların dini ritualları həyata keçirməməsi ilə bağlı maddə ilə ittiham edirlər.

 

Şiə ruhaninin vəkili “Forum 18”-ə 11 martda bildirib ki, bu ittiham həm Avropa insan haqları, həm də Ümumdünya insan hüquqları konvensiyalarına ziddir.

3 uşaq atası 43 yaşlı ruhani alim hazırda müvəqqəti həbs cəzası ilə Bakının şimal-şərqində Kürdəxanı həbsxanasında saxlanılır.

 

Onun vəkili Cavad Cavadov onun həbsinə üsyan edir: “O niyə həbs olunub ki? Onun həbsi qanunsuzdur. Onun həbsi etdiyi işlə( ibadəti ilə) əlaqədərdir. Axı, o hansı sosial və ictimai təhlükə törədə bilər ki?! Hec bir məsul vəzifədə olan, o cümlədən polis rəisi Sahil Əliyev ruhanın nə üçün həbs edilməsinin vacibliyini izah edə bilməyib. Alimin həbsindənn sonra Masallı rayonunda yerli camaat onun həbsinə etiraz olaraq mitinq ediblər. Polis onlardan 15 nəfərini həbs edib. Həbs olunanlardan 4 nəfəri 15 sutkalıq həbs cəzası ilə cəzalandırılıblar. Elə martın əvvəllərində İslam partiyasının lideri də namaz qıldığına görə karserə salınıb.

 

Ruhani Sərdar Babayev Cinayət Məcəlləsinin 168. 1.3.1 maddələri ilə günahlandırılır. Bu maddə xaricdə təhsil alan dindarların dini təbliğatını və dini ibadətlərlərin həyata keçilirməsini qadağan edir. 168. 1.3.1 maddəsi bu işlə daimi məşğul olanları iki ildən beş ilə qədər həbs cəzasıl ilə məhkum etməyə imkan yaradır.

 

Qeyd edək ki, Cinayət Məcəlləsinə tələsik bu maddənin əlavə olunması 2015-ci ilin dekabrında baş tutub. Məmurlar qətiyyən qanunda edilmiş bu dəyişikliyə izahat verə bilmirlər. Bu isə Nardaram hadisələrindən dərhal sonra qanuna edilmiş dəyişikliyin nəticəsində olub. Hökumət Nardaranda “Müsəlman Birliyi” hərəkatının rəhbəri Tale Bağırovu və onun tərəfdarlarını həbs etdilər. Hazırda həmin həbs olunmuş şəxslər uzun müddətli həbs cəzaları kəsilmiş və orada olan məscidlərin fəaliyyəti dayandırılıb.

 

Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin ziddinə olaraq ölkədə heç bir dini təşkilat və ya icma dövlətin izni olmadan fəaliyyət göstərə bilməz. Bundan əlavə ölkədə dini fəaliyyəti beynəlxalqa qanunlar çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi nizamlayır. Elə Qafqaz Müsəlmanlar idarəsinin bütün rəhbərləri hamısı xaricdə təhsil alıb. Elə hazırkı rəhbər Allahşükür Paşazadə də sovet dövründə Buxarada təhsil alıb.

 

Vəkil Cavad Cavadov “Forum 18-ə” bildirib ki, indiyə kimi 500-ə qədər şəxs Təhsil Nazirliyi və ya Qafqaz Müsəlmanları idarəsinin xətti ilə xaricdə təhsil alıb. Əgər ruhani Babayev bu ittiham həbs olunursa, eyni əsaslarla onlar da həbs olunmalıdırlar.(islaminsesi.org)

“Forum18” Beynəlxalq Hüquq Müdafiə Təşkilatı namaz məhbusu Şeyx Sərdarla bağlı geniş hesabat hazırlayıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap