Ekspert: Ali-Xəlifə rejimi ictimai etirazları dayandıra bilməz
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Bəhreyn məsələləri üzrə ekspert bildirib: Bəhreyn rejimi repressiyalar və qətllərə baxmayaraq, vətəndaşların fəaliyyətləri və onların iradələrini dayandırmaq gücündə deyildir.
Əl-Aləm
televiziyasının məlumatına görə, Əsra Faris bu televiziyaya müsahibəsində 14
martın Ayətullah Şeyx İsa Qasimin mühakiməsi tarixi olaraq təyin edilməsi haqda
deyib: 14 martın Şeyx İsa Qasimin mühakiməsi günü kimi təyin edilməsi mütləq məqsədlidir.
Çünki bu günlər, düz Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin
Dərül-Cəzirə adlı işğalçılığı gününə təsadüf edir. Bu rejim adlarla və günlərlə
öz gücünü göstərməyə çalışır. Lakin heç bir işi etmək gücü yoxdur. Çünki Bəhreyn
vətəndaşları rejim əleyhinə öz fəaliyyətlərini davam etdirir və etdirəcəklər.
Çünki Ayətullah Şeyx İsa Qasimin müdafiəsində ciddi iradəyə malikdirlər və son
nəfəslərinə və son damla qanlarına qədər onu müdafiə edəcəklər. Ali-Xəlifə
rejimi də Bəhreyn vətəndaşlarını repressiya etməklə ölkədə iqtidarı itirmək istəmir.
Lakin ölkədəki mövcud reallıqlar bunun əksini sübut edir. Çünki Bəhreyn xalqı heç vaxt bu rejimin tələblərinə
təslim olmayacaq və vətəndaşlar küçələrə axışacaqlar.