Ərəbistanın Yəməndə tükürpədici cinayəti
Posted on : qafqaz 10/16/2017 1:00:24 PM
Səudiyyə Ərəbistanının qırıcı təyyarələri ötən gecə Yəmənin əl-Hədidə vilayətinin əl-Xunə şəhərində bir bazarı bombalayıblar və nəticədə 26 nəfər həlak olub və yaralanıb.
Əl-Aləm
televiziyasının yerli mənbələrə istinadla verdiyi məlumata görə, bu hücumda 16
nəfər həlak olub, 10 nəfər də yaralanıb.
Səudiyyə rejimi
qırıcı təyyarələri bu şəhərin səmasında uçuşlar keçirərək sakinlərin ölüləri və
yaralıları hadisə yerindən götürmələrinə mane olublar.
Səudiyyə Ərəbistanı
ABŞ və ərəb və qərb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi
təcavüz edib. Ərəbistanın Yəməni quru, hava və dənizdən mühasirəyə alaraq
hücumlara məruz qoymaqda məqsədi istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini
iqtidara qaytarmaqdır.
Bu hərbi təcavüzün
indiyə qədər 11 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin
yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkə
infrastrukturunun məhv olmasından başqa bir nəticəsi olmayıb.
Ərəbistanın
yoxsul Yəmənə hərbi təcavüzü həmçinin bu ölkəni ərzaq və tibbi vasitələrin
çatışmazlığı ilə üzləşdirib və çoxlu xəstəliklərin yayılmasına səbəb olub.