İsraildə atışma: Azərbaycanlı yaralandı
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Bazar günü səhər İsrail KİV-i Petax-Tikva şəhərində odlu silahın tətbiq olunduğu hadisə haqda xəbər yayıb
İsrail polisi mətbuat xidmətinin hadisə ilə bağlı məlumatında
deyilir ki, təxminən saat 7-də polisə Bentsion Qalis küçəsindəki ticarət mərkəzində
atışma haqda informasiya daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları
oradakı mühafizəçini yaralı halda aşkarlayıblar.
İlkin araşdırmanın nəticələrindən məlum olub ki, zərərçəkən
təxminən 30 yaşı olan Azərbaycan vətəndaşıdır. O, İsraildə daimi yaşamaq
statusuna malikdir, ancaq silah gəzdirməyə hüququ yoxdur. Polis bildirir ki, zərərçəkmiş
hələ müəyyən edilməmiş yolla başqa mühafizəçinin silahını əldə edib.
Zərərçəkənə ilk tibbi yardım göstərilib və o,
"Beylinson" xəstəxanasına çatdırılıb. Silahın sahibi dindirilmək üçün
saxlanılıb.