Vilayət-95 manevrinin mesajı, sülh və dostluq və müdafiə qüdrətinin artırılmasıdır
Posted on : iran 10/16/2017 1:00:23 PM
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı deyib ki, "Vilayət-95" adlı böyük dəniz manevrinin keçirilməsində məqsəd, İranın sülh və dostluq mesajının region ölkələrinə çartdırılması və müdafiə qüdrətinin yüksəldilməsidir
Kontr-admiral Həbibullah Səyyari dünən gecə İranın birinci telekanalının xüsusi verilişində "Vilayət-95" adlı manevrin yekun mərhələsinin bazar günü başlanacağını bildirərək, söyləyib: Bu manevr Hörmüz boğazından tutmuş Oman dənizi, Hind okeanının şimalı və ekvator xəttindən 10 dərəcə endə yerləşən təqribən iki milyon kvadrat kilometrlik bir ərazini əhatə edir.
Kontr-admiral Həbibullah Səyyari təlimlərin reallaşdırılması, təcrübənin gənc işçilərə ötürülməsi, müxtəlif silah və sursat növlərinin sınaqdan keçirilməsini "Vilayət-95" dəniz manevrinin hədəflərindən adlandırıb. O, sonra deyib: İranın sülh və dostluq mesajının region ölkələrinə çartdırılması bu manevrin hədəflərindən olubdur ki, hamı bilsin: İranın qüdrəti müdafiə mahiyyətlidir və region ölkələrinin köməyilə regionun təhlükəsizliyi səviyyəsini artırmaq olar.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı daha sonra deyib: İran ordusunun dəniz bölmələri indiyədək Amerika, İngiltərə və Fransa daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan təqribən 25 gəmiyə dəniz quldurluğu qarşısında kömək ediblər.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı həmçinin deyib: İran Hind okeanı və Xəzər dənizi ətrafındakı bütün ölkələrlə gediş-gəlişə malik olaraq, Qazaxıstan, Türkmənistan və Rusiyaya dəniz bölmələri göndərməkdədir və yaxın gələcəkdə də Azərbaycan Respublikası və Pakistanın dəniz bölmələrini qarşılayacaqdır.