header

 Allah partiyasından olmaq istəyənə İmamın tövsiyəsi

Qiyamətdə qurtulacaq yeganə firqə hesab edilən Allah partiyasında olmaq istəyənə İmam Əlinin tövsiyəsi

Maidə surəsinin 56-cı ayəsində “Allahın partiyası və firqəsi” ifadəsi keçir. Ayə belədir: “Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə ) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir.”

 

Bu ifadə ərəb dilində “Hizbullah” deyə səslənir və hazırda Livandakı müqavimət hərəkatı “Hizbullah”la da əlaqəsi yoxdur.

 

Quran ayələrinə görə, yalnız Allahın partiyası qalib olacaqdır. Həyat və axirətdə səadətə qovuşmaq istəyənlər yalnız bu qrupa daxil olmaqla qalibiyyətə çatıb, əbədi xöşbəxtliyə nail ola bilərlər.

 

Bəs hansı xüsusiyyətlərə malik olanlar bu qrupun üzvləridirlər?

 

Bu barədə Biharul-Ənvar əsərində İmam Əlidən maraqlı bir hədis gəlib:

 

“Qalib Hizbullahdan biri olmaq səni sevindirirmi? Elə isə Allahdan qorx və təqvalı ol!, bütün əməllərində yaxşılıq et! Çünki Allah təqvalılarla (qorxanlar) və yaxşılıq edənlərlədir”

 

Mənbə: İslaminSesi

Qiyamətdə qurtulacaq yeganə firqə hesab edilən Allah partiyasında olmaq istəyənə İmam Əlinin tövsiyəsi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap