Donald Tramp: ABŞ heç bir müharibənin qalibi olmayıb
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
ABŞ prezidenti bu ölkə infrastrukturlarının hazırkı vəziyyətini "faciə" adlandırıb.
Tramp
Amerikanın infrastrukturlarını faciəli, xarici siyasətini isə uğursuz
adlandırıb. ABŞ prezidenti Asiyanın qərbində izlənilən militarist siyasətlərə
trilyonlarla dollar vəsaitin xərclənməsinə işarə edib və deyib: Amerika son illərdə
sadəcə pul xərcləyib və heç bir müharibənin qalibi olmayıb.
ABŞ prezidenti
bir daha öz çıxışında Amerikanın iç üzünü ifşa etdi. Merilənd Ştatına səfər edən
Donald Tramp tərəfdarları qarşısındakı çıxışı zamanı, Amerikanın hazırkı
durumunu vəsf edərkən “faciə” ifadəsini işlədib: “Bizə irs olaraq ötən 8 ildə iki dəfə artaraq
23 trilyon dollara çatmış bir borc qalıb. Həmçinin, öncəki dövlətdən bizə irs
olaraq qalmış xarici siyasət bir-birinin ardınca uğursuzluqların şahidi olmuş
bir xarici siyasətdir. Biz bundan sonra daha bir faciə istəmirik. Biz sonuncu dəfə
nə zaman qalib olmuşuq? Biz hansısa müharibədə qalib gəlmişik? Biz hardasa uğur
əldə etmişik?”
Tramp
Amerikanın hazırkı problemlərinin bir çoxunun kökündə ölkəsinin ötən illər ərzində
Asiyanın qərbində izlədiyi və ağır xərclər tələb edən uğursuz militarist siyasətlərin
dayandığını bildirib: “Biz ölkə sərhədlərindən kənarda trilyonlarla dollar vəsait
xərcləmişik. Halbuki, ölkə daxilində infrastrukturların bərbad vəziyyətə düşməsinə
icazə verərək, heç bir yenilik həyata keçirməmişik. Dörd həftə öncəsinə kimi
biz Yaxın Şərqdə 6 trilyon dollar vəsait xərcləmişik. Bir an üçün bu rəqəm barədə
düşünün. Halbuki, bu xərclərə rəğmən Yaxın Şərqin hazırkı durumu 15 il öncəsi
ilə müqayisədə son dərəcə bərbad vəziyyətə malikdir. Mən tam əminliklə sizə
deyirəm, əgər bizim öncəki prezidentlərimiz vaxtlarını dəniz kənarında keçirsəydilər,
indi vəziyyətimiz bundan daha yaxşı olardı. Biz bu pullar ilə ölkəmizi 3 dəfə
yenidən qura bilərdik.”
ABŞ prezidenti
öz çıxışında yeni bir müharibə ardınca olmadığını desə də, Cenevrədə Suriya
böhranı ilə bağlı cərəyan edən danışıqlara toxunub və “İslam Terrorizmi”
adlandırdığı fenomen ilə mübarizəyə təkid edib. Trampın çıxışı ilə bir vaxtda informasiya
vasitələri ABŞ-ın yüksək səviyyəli bir generalının məxfi şəkildə Suriyanın
şimalına səfər etməsi və orada Riqqəyə qarşı hərbi əməliyyatlar üçün ahəngdarlığın
yaradılmasına səy göstərməsindən xəbər veriblər. Tramp həmçinin, terrorizm ilə
mübarizə bəhanəsi ilə, dolayısı şəkildə miqrantlarla bağlı qanunun icrasına da
təkid edir, dövlət məmurlarının hazırda cinayətkar miqrantların ovuna
çıxdıqlarını və onları “cəhənnəm”ə göndərməyə çalışdıqlarını deyib.
Deyəsən Trampın
sözləri hətta, ABŞ hakimiyyətinin daxilində belə o qədər də tərəfdara malik
deyil.
Belə ki,
Trampın miqrantlarla bağlı qərarının məhkəmə qərarı ilə ləğv edilməsinin
ardınca, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi də bu 7 müsəlman ölkəsi vətəndaşlarının
Amerika üçün təhdid olması barədə hansısa fakt aşkar edə bilmədiyini açıqlayıb.
Dİgər tərəfdən
ABŞ Dövlət Departamenti Pxenyanın nümayəndəsinə viza verməkdən çəkinib və
Amerikanın yeni hökuməti ilə Şimali Koreya arasında ilk rəsmi təmasın bərqərar
edilməsi üzrə səylər uğursuz alınıb.
İndi bütün gərginliklər
ABŞ-ın sərhədlərinə yönəlib. Tramp Meksika ilə sərhədlərə tezliklə divarın çəkiləcəyini
bildirib. Trampın bu açıqlaması isə iki ölkə arasında gərginliyin azaldılması məqsədi
ilə Meksikaya səfər edən ABŞ dövlət katibi və daxili təhlükəsizlik nazirini çətin
vəziyyətdə qoyub. Meksikalılar öz prezidentlərindən Tramp qarşısında qətiyyətli
olmasını tələb edirlər. Peru prezidenti də Tramp ilə görüşünün ardınca divar
yerinə körpü salmağa üstünlük verdiyini deyib. Bütün bunlar Trampı gözləyən çətin
günlərin hələ balanğıcı sayılır.