header

 ABŞ İranın qonşuluğunda kəşfiyyat təşkilatı yaradıb - ANALİZ

"Bəhreyn xalqı azadlıq, ədalətin təmin edilməsi, ayrıseçkiliyin aradan qaldırılması və seçilmiş şəxslərin hakimiyyətə gəlməsini istəyir."

Bəhreynlilər 14 fevral 2011-ci ildən bu yana hökumətin dəyişməsi, seçilmiş hökumətin hakimiyyətə gəlməsi, ədalət, azadlıq və bərabərlik kimi dəyərlərin təmin olunması, diktaturanın və təzyiqinin sona çatması üçün meydanlarda mitinqlər keçirir.

 

Bəhreyn xalqı azadlıq, ədalətin təmin edilməsi, ayrıseçkiliyin aradan qaldırılması və seçilmiş şəxslərin hakimiyyətə gəlməsini istəyir.

Bəhreyn rejimi bu günə qədər xalqı yatırtmaq üçün müxalif liderlərdən bir çoxunu həbs edərək uzunmüddətli həbs cəzalarına məhkum edib.

Vaşinqtondakı "Fars" Araşdırma Mərkəzinin rəhbəri Əli əl-Əhməd "Tasnim" Xəbər Agentliyinə verdiyi müsahibədə Bəhreyndəki hadisələr və inqilabın 6-cı ildönümünü ilə bağlı dəyərləndirmələr edib.

 

Beynəlxalq aləmdə Bəhreyndəki inqilab hərəkatı mövzusundakı ayrılıq açıq bir şəkildə ortaya çıxmışdır

 

Əli əl-Əhməd müsahibədə bu açıqlamaları verib: Bəhreyn İnqilabı çoxsaylı çıxılmaz vəziyyətlə qarşı-qarşıyadır. Çünki regional və beynəlxalq güclər inqilaba qarşıdır. Onu deyə bilərik ki, inqilab mövzusundakı ən bariz nümunə beynəlxalq birliyin bu barədə fikir ayrılığıdır və beynəlxalq aləmin bu hərəkəti siyasi bir təhqir olaraq qiymətləndirilə bilər. Çünki beynəlxalq aləm və Qərb ölkələri paralel olaraq Suriyadakı silahlı şəxsləri dəstəkləyirlər. Belə ki, bu şəxslər Suriyada ən vəhşi cinayətləri törədirlər. Ancaq buna baxmayaraq Bəhreyndə bütün qayələri sülhsevər olan xalq inqilabına açıq şəkildə qarşı çıxdılar və bu hərəkat qarşısında müqavimət göstərdilər.

 

Bəhreyn xalqının çətinlik və problemləri yalnız Ali-Xəlifə rejiminin tənəzzülü ilə sona çata bilər

 

Əl-Əhməd sözlərini belə davam etdirib: "Bəhreyndə iki fərqli hərəkat görürük; Birinci hərəkat ölkədə tamamilə qəbiləçi bir mövqe nümayiş etdirən Amerika və İngiltərəyə bağlı mövcud rejim, ikinci hərəkatın isə əksəriyyəti Bəhreyn xalqından ibarətdir və bu iki hərəkat bir-birinin qarşısında yer alır. Hakim rejimin isə Bəhreyndə islahatlar aparacağına dair heç bir ümid yoxdur. Yəni bu rejim mövcud olduğu müddət ərzində Bəhreyndəki inqilab hərəkatı da davam edəcək. Çünki Bəhreyn xalqının 6 ildir davam edən çətinlik və problemləri yalnız hakim rejimin tənəzzülü ilə sona çatacaq. Həqiqət budur ki, Ali-Xəlifə rejimi Bəhreyni işğal etmişdir və Bəhreyn xalqına yaddır. Xalqa elə davranır ki, sanki bu ölkəni işğal edib və bu bir həqiqətdir.

 

İngiltərə Ali-Xəlifə rejiminin hüquq-mühafizə orqanlarının təlimini və xərclərini öz üzərinə götürüb

 

Vaşinqton "Fars" Araşdırma Mərkəzinin direktoru açıqlamalarının davamında "Amerika və İngiltərə kimi insan haqları müdafiəçisi olduğunu iddia edən ölkələrin Xəlifə Xanədanının cinayətləri qarşısında susqunluğunun səbəbi" ilə bağlı suala belə cavab verib: "Bu məsələdə şübhə yoxdur; Bu ölkə yalnız öz mənfəətlərini və digər ölkələrin sərvətini istifadə etməyi düşünür. Ərəbistan ilə Bəhreyndəki hakimiyyətlər Amerika ilə İngiltərəyə bağlı olduğu müddət ərzində Vaşinqton və Londondan Bəhreyn xalqına qarşı əxlaqi bir davranış gözləmək mümkün deyil. Amerika və İngiltərə islam ölkələri ilə ərəb ölkələrinə alçaldıcı bir gözlə baxır və hətta yaxın zamanda İngiltərənin Bəhreyn xalqını öldürməsi üçün Xəlifə Xanədanının hüquq-mühafizə orqanlarının xərclərini və təlimini üzərinə götürdüyü ortaya çıxdı. Və bu İngiltərə üçün bir ilk deyil.

 

Amerika Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci donanmasında kəşfiyyat təşkilatı var

 

Burada diqqətçəkən məqam budur; Amerikanın Bəhreyndə yerləşən 5-ci Hərbi Dəniz Qüvvələri Donanmasında kəşfiyyat təşkilatı var və bu təşkilatın üzvləri ərəb və ingilislərdən ibarətdir. Bu təşkilata qoşulmaq şərtlərindən biri şiə olmamaqdır. Təşkilatın vəzifəsi isə Xəlifə Xanədanlığı rejiminin müxalifləri və siyasi aktivistlər haqqında casusluq və təqib etməkdir.

Onu deyə bilərik ki, Amerikanın qarşısında iki variant var; İnsan haqları müşahidəçilərindən istifadə edərək xalqı sakitləşdirmək və sülhsevər fəaliyyətləri davam etdirmələrini təmin etmək. İkinci variant isə Ali-Xəlifə rejiminin xalqa tətbiq etdiyi qırğınları və təzyiqləri dəstəkləməkdir. Onu deyə bilərik ki, Ali-Xəlifə rejimi bu qüvvələrin oyuncağıdır və onlar Amerika və Britaniyanın Bəhreyndəki nümayəndəsidir".

 

Tərcümə İslamazeri.az saytına məxsusdur...

 

"Bəhreyn xalqı azadlıq, ədalətin təmin edilməsi, ayrıseçkiliyin aradan qaldırılması və seçilmiş şəxslərin hakimiyyətə gəlməsini istəyir."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap