header

 “Reuters”: “Əliyev ailə hakimiyyətini gücləndirir”

Aleksandar Vasoviç, Marqarita Antidze, “Reuters” xəbər agentliyi

Azərbaycan prezidenti İlham Əliyev ailə hakimiyyətini gücləndirmək məqsədilə xanımı Mehriban Əliyevanı özünün müavini təyin edib. Müxalifət liderlərindən biri bunu “mütləq monarxiya quruculuğuna ilk addım” kimi dəyərləndirib.

İlham Əliyev Sovet dövründən Azərbaycanın idarəçiliyində olan atası Heydər Əliyevin ölümündən sonra 2003-cü ildə prezidentliyə yiyələnib. Mehribanın özü ölkənin ən varlı və nüfuzlu ailəsi, Paşayevlər ailəsindən gəlir.

“Mehriban Əliyeva çox professional, ağıllı, təcrübəli, prinsipial və xeyirxah insandır. Azərbaycan xalqı onu çox sevəcəkdir”, – Əliyev Azərbaycanın Təhlükəsizlik Şurasının toplantısında deyib.

Keçən il Azərbaycanın əsas ixrac malı neftin aşağı qiymətlərindən dolayı milli valyutanın dəyərdən düşməsi, un kimi təməl qidaların qiymətinin artması ilə İlham Əliyev hakimiyyəti sınağa çəkildi. Bakıdan kənar şəhərlərdə üsyanlar baş qaldırdı, polis intizamı bərpa etmək üçün həbslərə getdi.

Dəbli geyimlərə marağı və ictimai tədbirlərdə qüsursuz görünüşü ilə diqqət çəkən 52 yaşlı Mehriban Əliyeva parlament üzvü və YUNESKO-nun xoşməramlı səfiridir. Ancaq onun indiyə qədərki ən mühüm vəzifəsi Heydər Əliyev xeyriyyə fondunun sədrliyi olmuşdur.

O və onun ərinin iki böyük qızı və tələbə oğlu var.

O, rəsmi olaraq birinci vitse-prezidentlik vəzifəsini daşıyacaq. Bu post keçən il konstitusiya dəyişikliyi sonrasında yaradılıb. Dəyişdirilmiş konstitusiyada birinci vitse-prezidentin hansı öhdəliklərə yiyələndiyi göstərilməyib.

Etirazını bildirən müxalifət nümayəndələri bu təyinatı ailə hakimiyyətinin səlahiyyətlərdən sui-istifadəsi kimi qiymətləndirir.

“Bu təyinat xalqa hörmətsizlikdir. Bu, ölkədə mütləq monarxiya quruculuğuna ilk addımdır”, – müxalifət lideri Əli Kərimli “Reuters”-ə deyib.

Avropa institutları və insan haqları orqanları Azərbaycan hökumətini ifadə azadlığını məhdudlaşdırmaqda və ədalətli seçkilərin qarşısını almaqda ittiham edir.

Azərbaycan rəsmiləri ittihamları qəbul etmir və deyirlər ki, 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından bəri bir çox konfliktlər görmüş Cənubi Qafqazda yerləşən ölkə Əliyev idarəçiliyi dövründə inkişaf və stabillik dövrü yaşamışdır. Ölkənin Dağlıq Qarabağ ərazisi “dondurulmuş” konflikt zonası kimi nəzər nöqtəsindədir.

Mehribanın müasir incəsənət kolleksiyaları Azərbaycanın paytaxtı Bakıda yerləşən yeni müasir incəsənət muzeyinin bazisini təşkil edir.

Onun ailəsi, Paşayevlərin banklar, sığorta şirkəti, tikinti, səyahət şirkətləri, ölkədəki yeganə “Bentley” nümayəndəliyi də daxil olmaqla böyük biznes maraqları mövcuddur. Onun bir neçə qohumu hökumətdə yuxarı postlarda işləyib.

Konstitusiya dəyişikliklərinə görə, birinci vitse-prezidentlikdən aşağı ranqlı daha bir vitse-prezidentlik postu da yaradılıb. Bu posta heç kim təyin edilməyib.

Aleksandar Vasoviç, Marqarita Antidze, “Reuters” xəbər agentliyi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap