header

 Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı bəyanatla çıxış etdi

Şeyx Hacı Sərdar Hacıhəsənliyə qarşı məqsədli surətdə aparılan təzyiqlərə və həbsinə qəti etiraz bildiririk

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı tanınmış və nüfuzlu ruhani Hacı Sərdar Hacıhəsənli (Babayev) ətrafında baş verən hadisələrlə əlaqədar etiraz bəyanatı yayımlayıb.

Bəyanatda bildirilir ki, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan, əhalisinin 95 faizindən çoxu müsəlman olan bir ölkədə islami camiələrə, ruhanilərə, bütünlükdə dindarlara qarşı sərgilənən aqressiv münasibət, qanunazidd təzyiq və təqiblər başadüşülən deyil, təəssüf hissi doğurur və təşkilatımız tərəfindən də qətiyyətlə pislənilir.

Baş verən hadisələr milli birliyimizə, milli mənəvi dəyərlərimizin qorunması prinsiplərnə zidd olmaqla yanaşı, hakimiyyət-xalq münasibətlərini də arzu olunmayan müstəviyə sürükləyir.

Xalq arasında Şeyx kimi yüksək mənəvi və ruhani titula sahiblənmiş nüfuzlu bir ruhanini müxtəlif təzyiq və təhdid vasitələri ilə cəmiyyət qarşısında problemli adama çevirmək, bununla da onun fəaliyyət dairəsini süni maneələrlə məhdudlaşdırmaq nə cəmiyyətmizə, nə xalqımıza, nə də dövlətçiliyimizə faydalı ola bilməz.

Çox təəssüf ki, Şeyx Hacı Sərdar Hacıhəsənli süni əngəllər və təzyiqlərlə üz-üzə qalan nə birinci, nə də sonuncu ruhani deyil. Bu kimi halların ölkəmizdə silsilə formasında davam etməsi ciddi narahatlıq hissi doğurur və hadisələrin axarını arzuolunmaz məcraya yönəldir. 

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı Şeyx Hacı Sərdar Hacıhəsənliyə qarşı məqsədli surətdə aparılan təzyiqlərə və həbsinə qəti etirazını bildirir. Eyni zamanda hakimiyyət dairələrini hər bir vətəndaşın hüquq, haqq və azadlıqlarına hörmətlə yanaşmağa çağırır.


Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı
23.02.2017

Şeyx Hacı Sərdar Hacıhəsənliyə qarşı məqsədli surətdə aparılan təzyiqlərə və həbsinə qəti etiraz bildiririk
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap