Sankt-Peterburq şəhərinin ruhanisi və bu şəhərin möminləri Şeyx Sərdarın həbsini pisləyib
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Rusiyanın Sankt-Peterburq şəhərinin ruhanisi hacı Rüfət Məmmədov və bu şəhərin möminləri Azərbaycan Ruhanilər Məclisinin üzvü Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib
Bu gün Sankt-Peterburq şəhərində “Əhlibeyt Hüseyniyyəsində”
cümə namazında ruhani Rüfət Məmmədov cümə xütbəsində Şeyx Sərdar Hacıhəsənlinin
şəxsiyyətindən, onun elmi, təqvası və Azərbaycanda dini sahədə xidmətlərindən
danışıb.
O bildirib ki, Şeyx Sərdar Hacıhəsənli Sovetlər dönəmində hələ
gənc yaşlarında olarkən müqəddəs İslam dininin keşiyində dayanıb və onun doğru
formada insanlara çatdırılmasında yorulmadan çalışardı. “Şeyx Sərdar Hacıhəsənli
nəinki Azərbaycanda, bəlkə Azərbaycanın hüdudlarından kənarda da çox sevilən və
rəğbət bəslənilən bir ruhanidir”.
Cümə namazında iştirak edən möminlər “Namaz məhbusu” olan
şeyx Sərdarın qanunsuz həbsini kəskin pisləyib və onun azadlığını tələb
edib./maide/