Mehman Hüseynovun işi icraata götürülüb
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Vəsatət təmin edilməyib.
Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin
bloger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə
Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, xüsusi ittiham qaydasındakı iddia
icraata qəbul olunub. Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham
qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət
qaldırsa da, təmin edilməyib.
Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi
rayon Pİ-də təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra M.
Musayev onu məhkəməyə verib.