1 dəqiqəlik moizə: Çobanlıqdan Sultan Mahmudun vəzirliyinə yükəsələn Ayaz
Posted on : Əqidələr 10/16/2017 1:00:23 PM
İslamazeri.az-ın "Din" rubrikasından...
Deyilənlərə görə, günlərin birində Sultan Mahmud səhrada bir
çobanı görür. Çobanın adı Ayaz idi. Sultan onun qabiliyyətli bir şəxs olmasını
başa düşür. Sultan Ayazı saraya gətirib, onu sədri-əzəm təyin etdi və ölkənin
bütün ixtiyarını ona tapşırdı. Bu məsələ sarayda uzun müddət izzət və ağalıqla
yaşayan bəziləri üçün çox ağır gəldi. Necə ola bilərdi ki, sadə bir çoban bir dəfəyə
belə bir məqama sahib olsun?!
Xülasə, böhtan və iftira atıb dedilər ki, Ayaz öz məqamından
sui-istifadə edib və sərvət toplayıb. Hər gün sübh otağa daxil olur və onu içəridən
qıfıllayır, heç kəsin daxil olmasına icazə vermir. Onun bu otağa daxil
olmasında bir sir vardır.
Bu söz Sultan Mahmuda ağır gəldi. Çünki o Ayazı çox istəyirdi.
Gecə vaxtı müharibə sərdarları ilə otağın qapısını sındırıb otağa girdi. Gördülər
ki, otaqda bir yapıncı və qoyun dərisindən hazırlanmış bir cüt çarıqdan başqa
bir şey yoxdur. Sultan Mahmud Ayazın gətirilməsini əmr etdi. Ayaz gəldikdən
sonra sultan ondan soruşdu:
- Ayaz, otağın içinə yapıncı və çarığı nə üçün qoymusan?
Hamı da elə bilir ki, sən burada xəzinə gizlətmisən! Ayaz dedi:
- Hər gün bu otağa daxil oluram və öz-özümə deyirəm: Ey
Ayaz, bir yapıncın və bir çarığın var idi. Bu mülk və səltənət sənin deyil.
Olmaya, məğrur olasan, qəflətə düşəsən və tüğyan edəsən! Hər gün burada
otururam və bir saat özümü nəsihət edirəm.
Ustad Füruği