Bəhreyn rejiminin uşaq və yeniyetmələri oğurlama faktları artıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Bəhreynin insan haqları mərkəzi 16 yaşlı yeniyetmənin Ali-Xəlifə qüvvələri tərəfindən oğurlandığını elan edib.
ötən həftə saxlanılan 16 yaşlı Abbas Aun neçə gündür ki,
yoxa çıxıb. Polis onun yerini və irəli sürdükləri ittihamı açıqlamırlar. Bu
haqda Bəhreyn İnsan Haqları Mərkəzi yaydığı bəyanatda bildirib.
Abbas Aunun zorakılıqla saxlanıldığını Bəhreyn İnsan Haqları Mərkəzi bildirib: “Onu
saxladıqları zaman başına vururdular. Polislə danışmaq istəyən anasını isə itələyərək,
qayışla belinə zərbələr endirirdilər.”