Bəhreyndə xalq etirazı təhlükəsizlik qüvvələrinin zorakılığına məruz qaldı
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Bəhreynin təhlükəsizlik qüvvələri bir daha etiraz aksiyasına qarşı güc tətbiq ediblər.
PressTV-nin
verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri paytaxt Manamanın yaxınlığında
Ali-Xəlifənin yürütdüyü siyasətlər ilə müxalif olanların etiraz aksiyasına
qarşı gözyaşardıcı qazdan və dəyənəkdən istifadə edərək, güc tətbiq ediblər.
Nəvidrat kəndi ərazisində
keçirilən bu aksiyada iştirakçılar ictimai bir fəalın qətlə yetirilməsinə
etiraz olaraq küçələrə axın etmişdi.
Ötən həftələr ərzində
Bəhreyndə hakim rejimə qarşı xalq etirazları yenidən şiddətlənib.