Ərəbistanın Təhlükəsizlik Xidmətinin rəisi İsrailə səfər edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
İsrailin casusluq orqanları ilə sıx əlaqəyə malik olan Debka saytı Ərəbistanın Təhlükəsizlik Xidmətinin rəisi Xalid bin Əli Əl-Həmidanın 21 fevral 2017-ci il tarixində Təl-Əviv və Ramallahda səfərdə olduğunu ifşa edib.
Fələstinin Səma
informasiya agentliyinin Debka saytına istinadlı məlumatına görə, bu səfərdə məqsəd
Ərəbistan tərəfindən Fələstin Özünüidarə Hökumətinə İran ilə əlaqələri barədə xəbərdarlığın
edilməsi olub.
Debka saytı həmçinin
yazır: İsrailin baş naziri Benyamin Netanyahu 15 fevral 2017-ci il tarixində
Vaşinqtonda ABŞ prezidenti Donadl Tramp ilə görüşüb. Bu görüşdə müxtəlif məsələlərin
araşdırılması məqsədi ilə ABŞ-İsrail-Ərəb formatında üçtərəfli iclasın keçirilməsi
barədə razılıq əldə olunub.
İsrailin
başnaziri bundan öncə CBC kanalına verdiyi müsahibədə Yaxın Şərqdə İsrail və Ərəbistan
tərəfindən himayə olunan anti-İran koalisiyasının varlığını etiraf etmişdi.
Netanyahu
İsrailin Ərəbistan ilə əlaqələrini gözəçarpacaq dərəcədə artırdığını deyərək, tərəflər
arasında informasiya mübadiləsinin həyata keçirildiyini bildirmişdi.
Ərəbistan və
İsrailin müqavimət əleyhinə birgə və ahəngdar qaydada siyasət yürütməsi və
onların müqavimət cəbhəsini zəiflətmək üçün terrorçulara dəstək verməsi
regiondakı terrorizm böhranının əsas qaynağının bu iki rejimin olması barədə
şübhələrə son qoyur.