header

 Mosul hava limanı iraqlı qüvvələrin nəzarəti altında

Sputnik informasiya agentliyi İraqın təhlükəsizlik rəsmilərinə istinadla Mosul hava limanına nəzarətin iraqlı qüvvələr tərəfindən tam şəkildə təmin edildiyini bildirib.

İraqın informasiya qaynaqları bildiriblər: İraqlı qüvvələr Mosulun qərb hissəsində terrorçuların mühasirə halqasını daraldıblar və Mosul hava limanı və şəhərin ətrafında yerləşən bir bazaya hücum ediblər.

 

Bu mənbələr həmçinin bildiriblərki, İraqın sürətli reaksiya və federal qüvvələri Mosul hava limanına, terrorizmlə mübarizə qüvvələri isə Əl-Qəzlani bazasına hücum ediblər.

 

Bundan öncə İraqın dövlət televiziyası bu ölkə qüvvələrinin Mosul hava limanına daxil olmalarından xəbər vermişdi.

 

Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatı ötən bazar günü İraqın baş naziri Heydər əl-İbadinin göstərişi ilə başlanmışdı. Ötən ay Mosulun şərq hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı başa çatıb və iraqlı didərginlər öz evlərinə qayıtmağa başlayıblar.

Sputnik informasiya agentliyi İraqın təhlükəsizlik rəsmilərinə istinadla Mosul hava limanına nəzarətin iraqlı qüvvələr tərəfindən tam şəkildə təmin edildiyini bildirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap