header

 Amerikan qəzeti “The Hill”: Qarabağ münaqişəsinin həll olunması Amerikanın uzunmüddətli maraqları ilə ziddiyyətdədir

Azərbaycan respublikasının dövlət adamları İranın bu ölkədəki mənəvi nüfuzundan qorxurlar

Tashaio.com- Qəzet bir yazıda Azərbaycan respublikası ilə Amerika və İsrail arasındakı əlaqələri araşdıraraq Azərbaycan respublikasının İsrailə meyilli olduğunun səbəbini açıqlamışdır. Qəzet yazır: İsrailin baş naziri B. Netanyahunun Bakıya səfəri hakim sinfin və İsrailin bu ölkədəki amillərinin sevinci ilə qarşılaşdı. İlham Əliyev deyir ki, Azərbaycan – İsrail əlaqələri sürətlə inkişaf etməkdədir və strateji mahiyyət daşıyır. Netanyahu deyir: Yəhudi dövlətilə müsəlman Azərbaycan respublikasının əlaqələri İsrail üçün nadir imkandır. Iki ölkə arasındakı iclasların nəticələri əlavə dəyər vergisinin ləğv olunması, aqrar sahədə əməkdaşlıq və birgə komissiyanın yaradılması idi. İsrail Azərbaycan respublikası neftinin böyük alıcılarından biridir. Bakının Telavivlə böyük həcmdə silah müqaviləsi vardır.

İsrail ekspertləri dəfələrlə işarə etmişlər ki, İsrailin Azərbaycan respublikasına yaxınlaşmasının ən böyük səbəbi İran təhlükəsidir. İsrail İrana geostrateji bir düşmən kimi baxır. Azərbaycan respublikasına gəldikdə isə İranın xalq arasındakı mənəvi nüfuzundan qorxur. Amerka Qarabağın müstəqilliyini rəsmi tanımasa da bu respublikaya illik yardım ayırmışdır. Buna baxmayaraq ABŞ da öz növbəsində enerji və siyasi coğrafiya baxımından Azərbaycan respublikası ilə əlaqə saxlamağın tərəfdarıdır. Azərbaycan respublikası İranı nəzarətdə saxlamaq üçün bir körpü və Rusiya qarşısında enerji mənbəyi hesab olunur.

907-ci bəndin bəzi məfhumlarının dondurulmasına baxmayaraq Erməni lobbisi Azərbaycan _ABŞ arasında hərbi əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələrdə həmin bəndə işarı edirlər. Qarabağ münaqişəsinin böhranlaşması və 2012-ci il qarşıdurmalarından sonra Erməni lobbisinin üzvü Harvard Berman xarici işlər nazirliyinə bir məktub yazaraq Amerikanın Azərbaycana hərbi yardımının dayandırılmasını istəmişdir. Nəticədə Ağev Azərbaycan respublikasının Amerikadan hərbi təchizat ala bilən ölkələrin siyahısından çıxardı. Əlbəttə Uaşinqton yaxşı bilir ki, Bakıya silah satışının məhdudluğunu götürsə Qarabğ münaqişəsi həll olacaq ki, bu da ABŞ-ın uzunmüddətli maraqlarına ziddir.

 Qəzet nəhayət yazır: Qarabağın rəsmi tanınma prosesinin uğursuzluğu Azərbaycan diyazporasının növbəti problemi olacaqdır. 2012-ci ildən 2016-cı ilə kimi Amerikanın altı ştatı, Rodayland, Masaçuset, Min, Luiziyana, Kalıforniya və Havayi ştatları Qarabağın rəsmi tanınmasına dair qərar qəbul etmişlər. Azərbaycan respublikası rəsmilərinin insan hüququna laqeyd qalması da Amerika ilə əlaqələrin soyumasına səbəb olan digər amillərdəndir. Bu arada Bakının İsrailə yaxınlaşması Amerikadakı sionist lobbisini fəallaşdıra bilər ki, əhalini taptalamaq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə gətirib çıxarmasın. Buna baxmayaraq məlumdur ki, İsrail lobbisi ermənilərin Qarabağın rəsmi tanınması planının qarşısını almağa qadir deyildir. Ümumiyyətlə İsrailin tərəfdarı olan təşkilat rəhbərləri Bakıya yardım etməyin İsrailin mənafeyi istiqamətində olduğuna inanırlar. Mövcud vəziyyətdə isə müsəlman Azərbaycan respublikası və Türkiyə ilə yaxşı münasibətdə olmaq İsrail üçün olduqca əhəmiyyətlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Azərbaycan respublikasının dövlət adamları İranın bu ölkədəki mənəvi nüfuzundan qorxurlar
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap